Hədərə getmiş həyat


     Ernesto Çe Gevara barəsində yazılmış məqalələri mütaliə eləyirdim. Özüm- özümdə fikirləşirdim ki, bu insan nə qədər əzəmətli və şücaətlidir. Argentinada, zadəgan ailəsində 14 iyun 1928-ci ildə anadan olmuş Ernesto Rafael Gevara də la Serna usaqlıqdan ictimai zülmə və ədalətsizliyə qarşı olmuşdur. Yeri gəlmişkən Ernestonun adına 'Çe' sözunu Kubanın inqilabçıları əlavə etmişdilər, bu onun adına müəyyən hissi yanaşmanın təzahürü idi.
     Bu məqalədə Çe Gevaranın keçdiyi keşməkeşli və uzun yoldan və ya həyatında ideyasına görə əlində olan rahatlığı kənara qoyub, qatlandığı iztirablardan yazmaq istəmirik. Amma ümümi Çe Gevaranın misalında insanın öz həyatında bir ictimai, sosial vəya siyasi ideyanın seçimində nə qədər həssas və məsuliyyətli bir məqam olması barəsində yazmaq niyyətindəyik.
     Ernesto sevgi dolu bir ailədə boyumuşdur. Atası hər övladı olduğu kimi onun da təhsilinə xüsusi fikir yetirirdi. Ona görə də Çe Buenos Ayros-da tibb universitetini həkim-dermatoloq diplomu ilə bitirmişdir. Cavan illərindən Latin Amerikanın ölkələrində səyahətə çıxmış Çe yol boyu gəldiyi hər şəhərdə, hər məntəgədə ələxsus kasıb xalqın xidmətində dayanmağa çalışırdı.
     Çe Gevara boş vaxtının böyük hissəsini bədii, fəlsəfi, ictimai-siyasi kitabların mütaliəsində sərf edirdi. O vaxt aktual olan və əgər belə demək olarsa öz yolunun zirvəsinə yaxınlaşan komunizm, sosializm, marksizm ideoloji təbliğatları cavan Ernestonun həyata baxışlarında  silinməz izlər buraxmışdır. O həqiqətən də bu ideologiyanın dünyaya, zülmə məruz qalan kasıb təbəqəyə nicat verəcək məktəbin olmasına inanırdı. Basqa cür bir insanın dinc, asayişli bir həyatdan imtina edib, öz vətənindən, ailəsindən uzaqlarda, başqa ölkələrdə hansısa inqilabçı fəaliyyətlərə qoşulmanın məntiqini izah etmək mümkün deyil.
     Ən acınacaqlısı isə bu məktəbin iç üzü ilə çox yaxından tanış olan xalqımız və artıq bütün dünya başa düşür ki, komunizm nəinki dünyaya nicat verə bilməz, əksinə insanları ən sadə hüquq və azadlıqlarından məhrum edən bir sistemdir. Sadəcə Çe o vaxt bütün dünyada, ələxsus Latin Amerikada dəbdə olan bir dalğanın üzərində özünü sonsuz okeanın içinə qərq etmişdi. Halbuki Ernestonun içindəki zülmlə mübarizə, zalım qarşısında məzluma kömək etmə istəyi çox pak və insan fitrətindən qaynaqlanan bir ülvi hiss idi. Sadəcə bir az daha dərin və tələsik olmayan araşdırma aparmaq lazım idi.
     Çox vaxt biz hər hansı bir ictimai vəya fikri cərəyana hissi bağlanırıq. Yəni bu məktəbin lozunqları, hədəflərinin aliliyi bizi valeh eləyir və biz bir növ sözə aldanan uşaq kimi oluruq. Halbuki daha dərin araşdırmada aydınlaşır ki, bütün bu sözlər və hədəflər ümümi kütləyə tuşlanan yalandan başqa bir sey deyil və həqiqətdə bu ali sözlərdən əsər- əlamət yoxdur. Bizim əsrimizdə artıq müəyyən bir grup insanların əlində cəmləşmiş hakimiyyət xalq üçün nə qədər ağır nəticələndiyi sübut olunmuşdur. Komunizm da bu növdəndir. Ernesto bir az daha dərin araşdırma aparsaydı bəşəriyyət üçün xosbəxt gələcəyə yeganə çıxış, indi əksər ölkələrin götürdüyü demoktratik kursdan başqa bir şey olmadığını anlaya bilərdi.
     Öz həyatını komunizm, marksizm yolunda qurban edən Çe sözsuz ki, tarixi bir şəxsiyyətə çevrildi. Özündən sonra neçə- neçə gəncləri daha insanpərvər olmağa həvəsləndirdi. Çe Gevaranın adı dillərində olan, dünyanın hər yerində bir çox insanlara rast gəlmək olar. Amma təbii ki, hər hansı vasitə ilə millətinə, vətəninə, dövlətinə və ümümiyyətlə insanlığa xidmət etməkdən əvvəl insan gərəkdir ki, özü üçün dəqiq və əsaslı araşdırma aparsın və düzgün yolu tapsın.

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину