Kimlik böhranı
İnsanın kamil şəxsiyyət kimi formalaşması üçün özünü hər hansı bir vücudi kimliyə nisbət verə bilməsi mütləqdir. Bu milli kimlik ola bilər, dini kimlik ola bilər, sosial grup vəya siyasi ideologiya ola bilər. Şəxsən mən rus verilişlərinə baxanda, filmlərini izləyəndə vəya kitablarını oxuyanda, özümdə o möhtəşəm mədəniyyətə bir aidiyyat hiss edirəm və dəhşətə gəlirəm. Axı, mən rus deyiləm! Sonra türk seriallarını baxıram, türk siyasi analitiklərini və tarixçilərini dinləyirəm və özümü böyük türk etnosunun bir parçası kimi hiss edirəm. Amma veriliş qurtaran kimi yenə boşluq yaranır. Çünki, bizim başbilənlərimiz 100 ildən çoxdur ki, bir Azərbaycanlı kimliyi formalaşdıra bilmədilər. Məhəmməd Əmin Rəsulzadə düz yolu təyin etmişdi. Musavat, türkçülük və İslam. Azərbaycanlı ideologiyası bu sütunlar üzərində inşa olunmalı idi. Təəssüf ki, proses yarımçıq qaldı! Şükür olsun Allaha ki, bir dini kimliyimiz var! Heç olmasa bilirəm ki, mən milli şüuru əsrlərlə Əhli-beyt məktəbinin ...