Həmrəylik Günü


Dünya Azərbaycanlıların Həmrəylik günü kimi qeyd olunan bayram 1991 ildə ümummilli lider Heydər Əliyevin vəsatəti ilə irəli sürülən və Milli Məclis tərəfindən gəbul olunan 31 dəkabr günüdur. Məntiqi olaraq həm müasir Azəraycanımızın müstəqilliyi, həm də Dünya Azərbaycanlıların Həmrəylik gününün 20 illiyini bu il qeyd etdik. Bu tarix üçün çox qısa, amma insan ömrü üçün hiss olunan zaman kəsiyində hansı nəticələrin altından xətt cəkmək olar.

   Təbii ki, yeni Azərbaycanımızın 20 il ərzində imza atdığı bütün siyasi-ictimai-sosial uğurları sadalamaq üçün bir məqalə çox azdır. Ümumi nəzər salsaq ictiması-siyasi rifahdan, Azərbaycanın dünya arenasında get-gedə artan nüfuzundan, daxili və xarici yeniliklərdən söhbət etmək olar. Və bu söz xətrinə deyilən cümlələr deyil. İnandırım sizi Azərbaycanı iqtisadi inkisaf edən ölkə kimi tanımaq üçün sadəcə olaraq qonşu İran və Gürcustan vəya digər MDB ölkələrinə bircə dəfə səfər etmək kifayətdir. Çox vaxt biz ölkədən xaricə çıxmadığımıza görə vəya səfərə gedəndə də Amerika, Avropa ölkələrinə getdiyimizə görə inkişafımızı görə bilmirik. Aydın məsələdir ki, Avropa ölkələri ilə müqayisə etmək olmaz, amma onu da nəzərdən qaçırmaq lazım deyil ki, həmin Avropa ölkələri əsrlərlə azad və müstəqildirlər, biz isə istiqlaliyyətimizin 20 illiyini təzə geyd etmişik.

    İctimai-siyasi inkişafımız və iqtisadi rihafın artması ilə yanaşı cəmiyyətin ziyalılarını bir məsələ qabarıq narahat edir ki, sürətlə gedən Avropalaşma prosesi nəzdində milli-mənəvi degradasiya prosesini dayandırmaq olmur. Bunun üçün nə etməliyik, hansı çıxış yolları tətbiq etmək lazımdır? Çətin və bir çox müasir mütəfəkkirlərimizi düşündürən sualdır. Bu barədə ayrıca və uzun-uzun danışmaq olar, bu məqalənin müvzusundan kənar olduğuna görə bir onu demək olar ki, dünyaya və xüsusən də Avropaya integrasiya çərçivəsində milli-mənəvi müstəvidə tənəzzülün qarşısını almaq lazımdır. Buda zəngin mədəni iris olan Azərbaycanımız üçün çətin deyil, sadəcə özümüzə xas olan dəyərlərimizi daha geniş, daha inadkarcasına təbliğ etməyimiz gərəkdir.

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину