Xocalı – 20
Bir neçə gün əvvəl Xocalı qətliamının 20-ci il dönümünü qeyd etdik. Sevindirici haldır ki, bu il Xocalının tanıtdırılması ilə bağlı tədbirlərimiz demək olar ki, bütün dünya ölkələrini bürümüşdü. Bir çox Avropa şəhərlərində diasporumuzun ordaki nümayəndələri və yerli Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə, Amerikanin bəzi ştatlarında, MDB məkanında və təbii ki, ən gür tədbir və ən böyük rezonansa səbəb olan İstanbulun mərəzi Taksim meydanında keçirilən “Hamımız Xocalılıyıq” sloganlı yürüş idi. 150000 türkün qatıldığı bu izdihamlı yürüş təbii ki, böyük qələbədir.
Dünyanın aparıcı
kütləvi informasiya vasitələri ilə işiqlandırılan bu tədbirlər, ələxsus uzaq
yerlərdə yaşayan insanlarının bu soyqırımı və erməni vandalizmını tanımasında
böyük rol oynadılar.
1992-ci il Fevralın
25-dən 26-na keçən geə erməni hərbi birləşmələri SSRİ-nin Xankəndində yerləşən
336-ci motoatıcı alayının köməyi ilə silahsız və müdafiəsiz Xocalı şəhərinə
hücum edib. Erməni silahlı qüvvələrinin dörd tərəfdən əhatəyə
aldığı şəhərdə tezliklə yanğın baş verib. Şəhərin müdafiəçiləri və yerli əhali
od içində olan şəhəri tərk etmək məcburiyyətində qalıb. Fevralın 26-da şəhər
erməni işğalçıları tərəfindən zəbt olunub. Soyqırımı nəticəsində 613 nəfər
həlak olub, onların 83-ü körpə uşaqlar idi, 487 nəfər əlil olub, 1275 dinc
sakin ermənilər tərəfindən əsir götürülüb. 150 nəfər isə itkin düşüb. Soyqırım
zamanı səkkiz ailə tamamilə məhv edilib.
Bu ilki tədbirlər
toplusu bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı tək deyil. Bütün türk
dünyası və dünyanın azadlıqsevər, ədalətli insanları hamısı bizimlədir. Axir
ki, dünya bu məsələyə hüquqi müstəvidə layiqli qiymət verməlidir,
günahkalar mühakimə olunmalıdır və haqq öz yerini tapmalıdır! Bu şərəfli yolda
hamımız birləşməliyik.
Comments
Post a Comment