YAP Gənclər Birliyinin üzvləri “Qış məktəbi” layihəsi çərçivəsində Qəbələ səfərində...
17-18 Fevral tarixlərində YAP Gənclər Birliyinin fəal üzvləri olaraq “Qış məktəbi” layihəsi çərçivəsində Qəbələ şəhərinə səfər etmişdik. Bu səfərin təəssüratları ilə sizinlə bölüşmək istəyirik.
Səfərimiz Qəbələ şəhərinin gözəl güşələrinin birində, qarlı dağların
əhatəsində yerləşən Qafqaz Resort otelində yerləşməklə başladı. İlk iş olaraq
Qəbələ şəhərində Heydər Əliyev Mərkəzinə yollandıq. Ümummilli Lider Heydər
Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində çox
gözəl və peşəkar yaradılmış mərkəz insanı valeh etməyə bilməz. Daha sonra
Qəbələ şəhərinin qədim tarixini öyrənmək istəyənlər üçün yaradılmış
diyarşünaslıq muzeyinə yollandıq. Təbii ki, Qəbələ şəhərinin bu qədər qədim və
milli-mənəvi müstəvidə Azərbaycanımızın ən köklü güşələrindən olması bizi çox
sevindirir və ekskursiya zamanı biz Qəbələnin bu şərəfli tarixi ilə daha
yaxından tanış olmaya fürsət tapmışdıq. Axşam istirahət vaxtımızda öz
aramızda bir sıra intellektual oyunlar keçirdik.
Hər il tanınmış ictimai və siyasi simalar biz gənclər ilə
görüşə gəlir və bizim suallarımızı cavablandıraraq, müxtəlif mövzülarda
müzakirələr apararaq ictimai-siyasi təfəkkürümüzü daha da zənginləşdirir. Bu
dəfə bizim ziyarətimizə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının
sədri Mehriban xanım Abasquliyeva və Milli Məclisin üzvü, Baki Slavyan
Universitetinin prorektoru, professor Sahibə xanım Qafarova gəlmişdilər.
Səhərisi gün iki ziyalı xanımımızın iştiraki
ilə "Azərbaycan-2020: gəncliyin gələcəyə baxışı" mövzusunda disskussiyalara
start verildi. Mövzu Prezindentimiz İlham Əliyev tərəfindən 29.11.2011-ci il
tarixində hazırlanmasına dair verdiyi sərəncama əsasən "Azərbaycan 2020:
gələcəyə baxış" inkişaf konsepsiyasına uyğun seçilmişdir. YAP Gənclər
Birliyi gərərgahının rəhbəri Sərraf Hüseynovun açılış etdiyi tədbirdə daha
sonra Nizami rayonu gənclər birliyinin sədri Əli Pənahov və Yasamal rayonu
gənclər birliyinin idarə heyətinin üzvü Xəyalə Qarayeva tərəfindən mövzuya dair
geniş təqdimatlar verildi. Təxminən 3 saat sürən qızğın müzakirələr
əsnasında gənclər tərəfindən cari konsepsiyaya dair bir çox təkliflər
verilmişdir. Ümumi olaraq Azərbaycanımızın ümumi siyasi-sosial və digər
istiqamətlərdə olan uğurların və hələ həll olunması lazim olan məsələlər
barəsində geniş söhbət olundu. Müzakirələr çox maraqlı olduğundan iştirakçılar
vaxt barəsində tamam unudmuşdular və təyin olunmuş reqlamentdən çıxdığımızı
nəzərə alaraq tədbir təkliflər paketinin qeydə alınması ilə yekunlaşdırıldı.
Günün ikinci yarısında bizimlə YAP Qəbələ rayonunun fəal gəncləri
arasında görüş keçirilmişdir. Qəbələdən olan dostlarımız bizə rayonun ümumi
vəziyyətindən, turizm sahəsində əldə olunmuş nailiyyətlərdən və digər sahələrdə
olan uğurlu inkişafa dair məlumat verdilər. Sonra yuxarıda qeyd etdiyim "Azərbaycan-2020:
gəncliyin gələcəyə baxışı" mövzusunda olan müzakirələrimiz Qəbələli
gənclərin də maraqlı fikirlərinin səsləndirilməsi ilə davam etdirildi
Şam yeməyindən sonra Partiyamızın istedadlı cavanlarından olan
Alim Məmmədov və Fidan Hüseynovanın gözəl ifaları ilə valeh olduq.
Comments
Post a Comment