17 mart gənclərin nümayişi
17 mart tarixində Bakida Gənclərin Hüquqları Müdafiəsi Komitəsinin sanksiyalaşdırılmış mitinqi keçirilmişdir. Bir neçə ay bundan əvvəl isə "Böyük Xalq Hərəkatı" adı altında fəaliyyət göstərən səhifə Azərbaycanımızın Parisdə, Londonda, ABŞ-da və digər ölkələrdə yaşayan və ordan maliyyələşdirilən dırnaq arası vətənsevərləri tərəfində yaradılmışdır... Sual bundan ibarətdir ki, bu səhifə hansı məqsədlər ilə yaradılmışdır?
Hər bir demokratik və
sekulyar ölkədə olduğu kimi bu istiqamətdə inkişaf edən Azərbaycanımızda da
insanlar öz görüşlərini açıq izhar etmək hüququna malikdirlər və bu cəhətdən yuxarıda adını çəkdiyimiz
səhifə Facebook kimi ən tanınmış sosial şəbəkədə açıq fəaliyyət göstərməsi bu
azadlıqların Azərbaycanda olmasının ən bariz nümunəsidir. Həmin səhifədə həqiqətən
də hərdən çox maraqlı sohbətlər gedirdi. Bir tərəfdən müxalif yönlü insanlar
digər tərəfdən də iqtidarı dəstəkləyən gənclərin elmi polemikaları diqqəti cəlb edirdi.
Və hər iki tərəfdən də əsaslı çıxış edib öz siyasi fikrini müdafiə edən
insanlar var idi və yenə də bu cür polemikaların açıq aparılması gözəllikdən
başqa bir şey deyil. Əsas məsələ bu deyil ki, həmin səhifədə olan Yeni Azərbaycan
Partiyasının fəal gəncləri böyük əksəriyyətində qarşı tərəfin ortaya atdığı,
dominant çoxluğunda əsassız və zəhərli, dövlətçiliyimizə və inkişafımıza qarşı
olan fikirləri çox gözəl və bütöv bir şəkildə cavablandırırdılar. Burda əsas məsələ
odur ki, bu gənclər bu cür səhifələri yaradmaq ilə hansı məqsədləri güdürlər?
Aydındır ki, bu cür cavanların hamısı olmasa da amma əksəriyyəti özləri bunu
başa düşə və ya düşməyə Azərbaycanımızın daimi iqtisadi-siyasi-sosial
inkişafını istəməyən, vətənimizi yenidən 20 il əvvələ qaytarmaq istəyən xarici
düşmənlərimizə qulluq edirlər. İndi bu insanlar Parisdə vəya Londonda çox gözəl
şəraitdə otururlar və onları orda hər şey ilə təmin edirlər. Qabaqlarına da yəgin
ki, konkret hədəflər qoyublar.
Bizim sözümüz onlara deyil, onlar onsuzda artıq
özlərini, xalqını, vətənini pula satmış insanlardırlar. Onlara söz təsir etməz... Bizim sözümüz o
gənclərədir ki, o zəhərli və əsassız təbliğatları eşidib təsir altına düşə bilərlər.
Daha ayıq və diqqətli olmaq lazımdır. İnsan hər eşitdiyi fikrə dərhal aldanmaz,
zahiri gözəl demokratik və cəlb edici sözlərlə bəzədilsə belə. Daha dərinə baxmaq lazımdır ki, bu gün Azərbaycanımızın inkişafı üçün nə lazımdır?
Siyasi stabillik, iqtisadi artım, sosial rifahın ildən ilə artması, ölkəmizin
dünya arenasında yüksək səviyyədə tanıtdırılması, yeni iş yerlərinin açılması,
şəhər və rayonlarımızım abadlaşdırılması və sairə. Bütün bu programlar 92 ildəki
xaosdan sonra hakimiyyətə 2-ci dəfə qayıdan Heydər Əliyevin yaratdığı siyasi
kursda mövcuddur və biz də bunu indi üstündən 20 il keçəndən sonra daha aydın
görürük. İndiki gənclərimizin əsas vəzifəsi bu şərəfli yolu Ümummili Liderin təyin etdiyi kurs üzrə məharətlə
gedən Prezidentimiz İlham Əliyeva dəstək verməkdir. Çünki İlham Əliyevin ölkəmizin
inkişafı müstəvisində qarşıda qoyduğu məqsədlərə çatılması üçün bizlərin öz
potensialımızı səfərbər edib, bu yolda xərcləməyimiz lazımdır.

Comments
Post a Comment