Rusiyada prezident seçkiləri



Mart ayının 4-də Rusiyada prezident seçkiləri keçirildi. Bu mövzuda informativ və analitik yazılar  çoxdur. Buna görə bu məqalədə biz hər hansı statistikadan uzaq olub, sadəcə sizinlə ümumi fikirlərimizi bölüşmək istəyirik.
Xalqın seçiminə təqdim edilmiş 5 nəfər namizəddən təbii ki, Vladimir Putin alternativsiz variant idi. SSRİ dağılandan sonra Rusiyanın düşdüyü ağır ictimai-siyasi, daxili və xarici böhrandan dövləti xilas edən və milli maraqlara uyğun siyasi kurs seçən Vladimir Vladimiroviç təbii ki, dövlətin başından gedsə idi bütün bu illərin əziyyəti çox güman ki, əbəs olacaqdı.
Rusiya yatmış imperiyadır. Bu dövlətə sadəcə itirdiyi qüdrəti yenidən yığmağa zaman lazımdır. Bu qüdrətin isə digər dövlətlər və ələxsus illər uzunu Çar Rusiyası, sonra da SSRİ-nin tərkibində istila olunmuş dövlətlər üçün hansı prognozları vəd etməsi barəsində danışmaq istəməzdik. Təbii dünya da artıq o zamanki dünya deyil və indiki MDB ölkələrinin çoxu öz mili maraqlarına uyğun müstəqil siyasətlərini yeridirlər. Bizim Azərbaycanımız da dahi Heydər Əliyevin qurduğu və prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi siyasət ilə tam müstəqil milli maraqlarımıza xidmət edən kurs ilə inkişaf edir. Ermənistan kimi yaltaq rejimlər isə Rusiyanın qulluğunda olduqları müddətdə zülmət və iqtisadi tənəzzüldən başqa heçnə əldə etməyəcəklər.
Qoca Rusiyanın aqibətini isə zaman göstərəcək. Bu seçkilərdə birdən siyasi səhnəyə çıxmış millionçu Mixail Proxorov az da olsa xalqın rəğbətini qazana bildi və son mitinqlərdə bildirdi ki, artıq siyasi arenadan gedmək fikri yoxdur. Deməli Vladimir Putinin altı illik prezidentlik müddətinin bitməsinə qədər Proxorovu siyasi alternativ kimi püxtələşdirməyə zaman var. Çünki hal- hazırda doğrudan da bu vəzifədə Putini əvəzləməyə layiqli bir namizəd yoxdur. 

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину