Aşura məktəbi və müstəqillik yolu
Biz Məhərrəmlik ayındayıq. Bir neçə gün əvvəl Hicri-Qəməri təqvim ilə Məhərrəm ayının 10-na təsadüf edən Aşura günü qeyd olundu. Bütün respublikanın ərazisində məscidlər imanlı insanlar ilə doldu və İmam Hüseynin faciə dolusu Kərbəla hadisəsi yad edildi. İstəyərdik ki, bu məqalədə Kərbəla hadisəsinin milli oyanışımızdaki roluna toxunaq.
Bizim xalqımızın əsrlərin süzgəcindən süzülüb keçmiş milli-mənəvi dəyərlər sistemi mövcuddur. Bu sistem İslam dininin dəyərləridir ki, qanımıza işləyib. Biz həmişə əhlibeyt tərəfdarları olmuşuq və tariximizin ən dinsiz dövrlərində belə Sovet hakimiyyətinin represiyalarına baxmayaraq nənə-babalarımız Məhərrəmliyin gəlməsini bilən kimi evlərini qara parçalara bürüyər və Peyğəmbərimizin nəvəsi İmam Hüseynə yas saxlayardılar. Gizlində evlərdə məclislər qurardılar və ədəbiyyatımızın gözəl növlərindən olan mərsiyyələr və roizələr oxuyub sakit ağlayardılar ki, erməni vəya rus qonşuları eşidməsin. Məhz İmam Hüseynin Kərbəla çölündəki "Mən ölərəm, amma zülmə boyun əymərəm" şüarı əsrlər bundan əvvəl bizim xalqımızın yaşayış məntiqinə çevrilmişdir. Budur ki, 70 illik represiyalardan sonra öz zülmündə və çirkabında boğulan qoca sovet sistemi bir az laxlayan kimi demək olar ki, birinci azadlıq nümayişləri bizdə keçirilməyə başlandı. Sonrasını hamı bilir..
Hal-hazırda şükürlər olsun ki, biz azadıq və artıq daxili istəklərimizə uyğun olaraq məscidlərə də gedə bilirik, dinimizin bizə gərəkdirdiyi digər ayinləri də rahat icra edə bilirik. Təbii ki, bu azadlığımızı biz ulu öndər Heydər Əliyevə borcluyuq. Heydər Əliyev o kəsdir ki, dağılmaqda olan yenicə müstəqil olmuş Azərbaycanımızın başına gəlib mövqelərimizi möhkəmlədən kimi Bibi Heybət məscidinin bərpasına sərəncam verdi. Və ölkə ərazisində yüzlərlə məscidlərin tikintisi və bərpası prosesi başladı. Din-dövlət münasibətləri tam normal və tolerant bir müstıvidə yeridilməyə başladı. Həqiqətən də bu gün Azərbaycan multikulturalizm və dini dözümlülük müstəvisində dünyanın inkişaf etmiş ölkələrinə də nümunə ola biləcək bir dövlət səviyyəsinə gəlmişdir. Belə ki, demokratiyanın beşiyi sayılan qərb ölkələri, bütün dünyada insan haqqlarının təmin olunması devizi altında milli-iqtisadi maraqlarını təmin etdikləri bir dövrdə və Avropa xalqlarının öz hökümətlərindən bu qədər narazı olduqları bir dövrdə biz hər gün televizorlardan ordaki dinc aksiyaların nə qədər dözümsüzlüklə, güc bahasına yatırıldığının şahidi oluruq. Bu zamanda respublikamızda Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin layiqli davamçısı olan prezident İlham Əliyevin sosisal və iqtisadi-siyasi müstəvilərdə apardığı islahatların bəhrələri tam gözəlliyi ilə biruzə çıxır.
Bu ərəfədə müxalifətin mətbuat organlarının birində belə bir məlumat oxudum ki, xalqımız 21 əsrdə də məscidə gedib qara bağlayıb, yaz tutursa onda biz hələ də cahilik. Bu fikrə cavab olaraq bildirmək istərdik ki, hörmətli cənab, bir xalq güclü və əzəmətli olması üçün öz milli və mənəvi köklərinə söykənməlidir. Mənfur qonşularımız belə tarixləri olmaya-olmaya özlərinə nağıllar uydururlar və dünyanı buna inandırmaq istəyirlər ki, bunlar qədim və köklü xalqdırlar. Bizim isə bu qədər şərəfli və parlaq keçmişimizin olmasına baxmayaraq bunu cahillik və qeridə qalmışlıq hesab etmək çox təəssüf edicidir. Yoxsa qərbdəki sponsorlarınız sizdən dininizdən, keçmişinizdən, kökünüzdən imtina etməyi tələb edir? Bəlkəm siz Azərbaycan xalqını kökü olmayan və avropanın bütün dəyərlərini mənimsəmiş ruhsuz bədən görmək istəyirsiniz? Yox bu mümkünsüzdür! Təəssüf ki, ölkədə bəzi qüvvələr qərbin bu tərəflərini görmək istəmir vəya özünü görməməzliyə vurur... Biz demirik ki, Avropa ölkələrində gedən bütün proseslər səhvdir! Təbii ki, bütün dünyanın onlardan elmi-texniki müstəvidə öyrənməli olduğu çoxlu məsələlər var. Amma ictimai institutların inkişafında və cəmiyyətdə düzgün münasibətlərin qurulmasında fikrimizcə suverenliyimizin onlara nisbətdə az olmasını nəzərə alaraq biz onlardan qabaqdayıq və onların da dini tolerantlıq istiqamətində bizdən öyrənilməli olduqları çoxlu məqamlar var.

Comments
Post a Comment