"Gənclərə ideoloji və ictimai-siyasi yardım" grupu anım günündə Heydər Əliyevi ziyarət etdilər.

12.12.2012-ci il tarixində "Gənclərə ideoloji və ictimai-siyasi yardım" grupu Ümummilli lider Heydər Əliyevin anım mərasimini keçiriblər. Gənclər tədbiri Heydər Əliyevin abidəsi qarşısında keçirdməyi qərara alıblar. Tədbirdə grupun idarə heyətinin sədri Riyad Məmmədzadə Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğu tarixindəki yeri ilə bağlı nitq söyləmişdir, iqtibas "Heydər Əliyev müasir və müstəqil Azərbaycanın yalnız qurucusu deyil, həm də özündən sonra bizə buraxdığı zəngin ictimai-siyasi irsi ilə daim inkişafda olan parlaq gələcəyimizi təmin edən bir şəxsiyyətdir. Gənclərimizin ən başlıca hədəfi Heydər Əliyevin irsini öyrənmək və öyrətmək olmalıdır!" Daha sonra grupun üzvləri abidənin qarşısına gül və əkili qoyaraq Ümummilli lideri bir dəqiqəlik sükut ilə yad ediblər.









Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia