Əsəbləşirəm...

Mən bütün günü televizorda əxlaqsız səhnələrə tamaşa edən insanların əxlaqdan danışan görəndə əsəbləşirəm, həyatında bir gün belə səhər yeddidə yuxudan durub işə gedməyə hazırlaşmayan adamın pulsuzluqdan gileylənən görəndə əsəbləşirəm, ömründə bir dənə belə kitab oxumayan insanın cəmiyyətin islahından danışan görəndə əsəbləşirəm, oturub bir dənə belə olsun məqalə yazmayan insanı yaşadığı cəmiyyətdə hər şeydən narazı olduğunu görəndə əsəbləşirəm, her şeyə istehza ilə yanaşan və özünü hər kəsdən ağıllı hesab edən amma həyatı boyu bir dəfə də narazı olduğu məsələləri düzəltmək üçün barmağının ucunu belə tərpətməyən  insanları görəndə əsəbləşirəm, ömrünü narazı olduğu məsələlərin barəsində ancaq orda-burda gileylənməq ilə keçirən insanları görəndə əsəbləşirəm, ancaq özünün və ailəsinin qarnını doldurmaq üçün min oyundan çıxan insanların xalqın kasib təbəqəsinin taleyindən danışan görəndə əsəbləşirəm, pul qazanmaq uğrunda heç bir haramdan çəkinməyən hacıların mənəviyyatsızlıq barəsində danışan görəndə əsəbləşirəm, ömründə iki rükət namaz qılmayan şəxslərin Allahın yaradılış fəlsəfəsindən və dinin aktualsızlığından danışan görəndə əsəbləşirəm... Ümumiyyətlə mən nəisə çox əsəbi olmuşam, bəlkə gedim "Persen" içim və yatım?

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину