Şəhid Ceyhun Qubadov


     3 aylıq əsgər şəhid Ceyhun Qubadov... Əslində şəhid o kəsə deyilir ki, vətəni, əqidəsi uğrunda canından keçib. Bu cavan əsgər isə qeyri döyüş şəraitində dünyasını dəyişib. Düzdür ki, istintaq hələ tam başa çatmayıb amma bədənində olan çox saylı xəsarətlər hər bir normal insana anladır ki, bu cavanı vəhşicəsinə döyüblər. Biz inanırıq ki, uca Allah bu cavan əsgəri də şəhidlər cərgəsində məhşur edəcək qiyamətdə.
     Amma bizim sözümüz indi qiyamətdən deyil, bu həyatdandır. Bu cür halların baş verməsi insanda narahatçlıq və dərin təəssüf hissi yaradır ki, necə olur eyni vətənin övladları, eyni torpaqda böyüyüb boya-başa çatan övladlar bir-birinə qarşı bu qədər qəddar və aqressiv ola bilirlər? Axı o cavanı bu günə salan ermənilər deyil xidmət etdiyi hərbi hissənin əsgərləridir. Əgər onlara əsgər demək olarsa. Onlara daha çox quldur, cani kimi sözlər yaraşır məncə.
     Bu faciəni müxalifət tərəfindən siyasi oyunbazlığa çevirməyin əleyhinə çıxış edən insanlar ilə mən tamamilə razıyam. Bu insanların qabağında gedənlərin əksəriyyəti üçün bu hadisə hakimiyyəti qaralamaq, xalqı hakimiyyətə qarşı qoymaq üçün bir fürsətdən başqa bir şey deyil! Cənab prezident xalqın sorağını çox gözəl eşidir və bütün lazım olan tədbirləri görür. Sadəcə olaraq biz hamımız yaşadığımız cəmiyyətdə bu cür halların qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Bacaran məqalə ilə, bacaran müsahibə ilə, bacaran başqa vasitə ilə. Çünki bizim ictimai təfəkkürümüzdə bir mənfi rəy formalaşıb. Biz xalq olaraq daima nədənsə narazıyıq gah sudan, gah işıqdan, gah qardan, gah qarsızlıqdan amma soruşanda ki, yaxşı qardaş sən bundan narazısan bəs bunu dəyişdirmək üçün nə edirsən? Çox vaxt  heç bir cavab gəlmir. Ya da deyilir ki, əşi mən tək başına nəyi dəyişdirə bilərəm ki? Bütün uğursuzluqlarımızın başlanğıcı elə bu fikirdir! Əgər hərə özünü və ətrafını islah etməklə məşğul olsa vallah cəmiyyətimiz də düzələr, elə özümüz də.

Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia