27 fevral tələbələrin boykot günü


 “27 fevral tələbələrin boykot günü” kimə və nə üçün lazımdır? Ümumiyyətlə tələbə təhsil aldığı bir müəssisəni niyə boykot etməlidir? Bu suala müxtəlif prizmalardan yanaşmaq olar və elə müxtəlif fərziyyələr də irəli sürmək olar. 
     Variantların içində rüşvətxorluğu, müəllim özbaşınalığını, imtanah və qiymətlərin satılması, pis havanı, ABŞ-da olan qar fırtınasını, Zimbabvedə baş vermiş son ictimai təlatümləri və sair hadisələri göstərmək olar.
     Ola bilsin ki, yuxarıda sadaladığımız ciddi variantlar o aksiyaya qoşulmaq qərarını vermiş tələbələr üçün müəyyən motivasiya rolunda çıxış edir. Amma dünyanın bütün inkişaf etməkdə olan ölkələrinin içərisində bu problemlər mövcuddur. Yalnız ali təhsil ocaqlarında deyil, haram pul qazanmaq mümkün olan bütün digər sahələrdə də bu cür pul dilənçilərinə rast gəlmək olar. Azərbaycan da bu dünyanın bir hissəsi olduğuna görə bu hallardan kənar keçmir, çünki insan elə Afrikada da, Yaponiyada da, Fransada da eyni insandır. Və korrupsiya adlanan ictimai xəstəliyin kökünü kəsmək elə də asan iş deyil, bu mübarizəyə müəyyən vaxt və çox əmək sərf etmək lazımdır.


     Mən isə öz fərziyyəmi irəli sürmək istəyirəm. Bildiyimiz kimi bu il 26 fevral tarixində erməni canilərinin Xocalıda törətdikləri qətliamın 21-ci il dönümünü qeyd edəcəyik. Bu təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət barəsində hamımız məlumatlıyıq və insan bu ürəkləri parçalayan hadisələri yenidən yazmaqda çətinlik çəkir. Sadəcə onu vurğulamaq istəyirəm ki, erməni terrorçularının əli ilə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin 613 sakini vəhşicəsinə qətlə yetirildi, habelə 8 ailə tamamilə məh edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. 1275 Xocalılı əsir, 150 Xocalılı itkin düşdü.
     İnsanda məntiqli sual yaranır. Bütün bu dəhşəti bilə- bilə kim bu qanlı qətliamın səhərisi günü hər hansı bir aksiya keçirməyi planlaşdıra bilər? Halbuki ələxsus indiki zamanda bizim tərəfimizdən bütün dünyada Xocalı qətliamının tanınması üçün geniş miqyaslı təbliğatı işlər gedir və Çexiya, Meksika, Pakistan kimi bir sira ölkələr artıq Xocalını soyqırım aktı kimi gəbul ediblər. Faktiki olaraq sosial şəbəkələrdə aktiv reklam olunan bu "27 fevral" aksiyası xalqının bu qanlı yaddaşlı gününü sosial şəbəkələrdə aktiv təbliğ etməli olan gənclər təbəqəsinə hesablanıb. Belə ki, həmin event-a daxil olanda bunu kimin təşkil etməsi, hansı məramları və tələbləri olması barəsində heç bir məlumat yoxdur. Yəni həmin rahatlıqla hər hansı bir erməni saxta facebook profil yaradıb bu cür bir aksiya təşkil edə bilər ki, Azərbaycanın sosial şəbəkələrdə aktiv olan gənclərini Xocalı soyqırımının anılmasından və təbliğatından yayındırsın. Başqa cür bu   aksiya üçün niyə məhz fevralın 27-si tarixinin seçilməsi şəxsən mənim üçün çox ama çox müəmmalı qalır.

Comments

  1. Maraqlı yanaşmadır, bu iyrənclər bütün vasitələrlə kimlərəsə nəsə göstərmək istəyirlər. Onların qurama bu baykot aksiyasına qosulanlar elə həmisə oldugu kimi 27də də dərsə deyil, dərs adı ilə çıxıb əylənməyə gedən uşaqlar olacaq, onların da sayı 5-10 nəfərdir.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia