Hərbi paradımız mübarək!
26 iyun tarixində hərbi parad keçirilməsi üçün aktiv hazırlıq gedir. Gənc və müstəqil dövlətimizin günbəgün artan hərbi potensialını mənfur işğalçı düşmənimizə və 20 ildir Qarabağın haqsızlığına göz yuman bütün digər dünyaya göstərmək üçün artıq hər şey hazırdır.
Səhər Neftçilər prospektindən keçəndə uzun növbəyə düzülmüş və parad üçün ayın 26-sını gözləyən hərbi texnikamızı seyr edəndə məndə şəxsən böyük qürur hissi yarandı. Düzdür parada bir həftə qalmış o istiqamətə gedən bütün yolların bağlanması hamımıza işə çatmaqda çətinlik yaradmışdır. Amma bəzən vətənin xeyri naminə bu cür xırda çətinliklərə"səbr etməyə" dəyər.
Türkiyəli qardaşlarımızın gözəl bir sözü var "Vətən sağ olsun". Bu ideologiya bizim də aramızda yayılsa idi nə gözəl olardı. Onda nə bizim radikal müxalifətimiz respublikamızı hər fürsət düşəndə avropalı himayədarları qarşısında rüsvay etməyə çalışmazdı, nə də ki cavanlarımız sosial şəbəkələrdə bütün kreativliyini iqtidara qarşı yönəltməzdi. Biz başa düşərdik ki, bizim balaca amma müstəqli dövlətimizdən başqa çox böyük və "ac" dünya var ətrafımızda...Dünyanı daha bəsirətli baxışlarla seyr etməyə çalışaq!

Comments
Post a Comment