Emo-lu gələcəyimiz...



     Şəxsən məni narahat eləyən məsələlərdən biri budur ki, bu gün cəmiyyətdə məktəbli qız və oğlanlar görmək olar ki, emo, gotika kimi sub-mədəniyyətlərə, apateizm kimi dini-fəlsəfi cərəyanlara və digər məktəblərə bağlanırlar.
     Bu cərəyanların əksəriyyəti Qərbdə yaranmışdır ki, hal-hazırda orda belə aktuallıqlarını itiriblər.
Bizim isə əsrlərin sınağından çıxmış, formalaşıb-püxtələşmiş bir milli-mənəvi dəyərlər sistemimiz var ki, bütün bu dırnaq arası cərəyanlara tutarlı cavab vermək iqtidarındadır. Problem odur ki, çoxluqda dəyərlər sistemimiz bizim uşaqlara nə evdə nə də məktəbdə düz-əməlli tədris edilmir, çünki böyük əksəriyyətdə özümüz ondan xəbərsizik və onlar bu boşluğu başqa yollarla doldurmağa üz tuturlar.
     Həm Dini qurumlar ilə iş üzrə dövlət komitəsinin sədri Elşad İsgəndərov, həm də yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarov öz sahələrində müxtəlif nailiyyətlərə imza atıblar. Və fikrimcə artıq İngiltərə və digər inkişaf etmiş ölkələrin təcrübələrinə əsaslanaraq bizim məktəblərimizdə bütün ənənəvi dinlər ilə tanışlıq dərslərinə başlamaq olar.
     Əks təqdirdə yeniyetmə yaşına çatmış gənclərimiz daxili boşluqlarını doldurmaq üçün hələ "qot" və "emo"-lardan da axmaq əqidələrə üz tutub cəmiyyətdə müxtəlif fəsadlar yaradacaqlar!!!


Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia