Suriya krizisi
Bütün dünya səssiz donub Barak Obamanın Suriya barəsində
qəbul etdiyi qərarın icrasını gözləməkdədir. Daha döğrusu məzlum Suriya
xalqının qırılmasına və müstəqilliklərinin əllərindən alınmasına hesablanmış bu
qərəzli qərarın Barak Obamaya məxsus olması özü böyük sual altındadır. Hər
halda biz bu məqalədə konsperativlikdən uzaq olaraq pərdə arxasında kimlərin
dayanması barəsində heç bir mülahizə yeritmək istəmirik. Zatən orda hər şeyi elə
qarışdırıblar ki, yəgin özləri də heç bilmirlər pərdə hansı rəngdədir.
Bəs Bəşər Əsədi tutub-yapışdığı vəzifədən
uzaqlaşdırmaq kimlərə və nə üçün lazımdır? Söhbət Suriyanın regiondaki strateji
yerindən gedir. İsrail və ABŞ-a Əsəd rejimi İran tərəfindən dəstəkləndiyinə və
Hizbullahın lideri olan şeyx Həsən Nəsrullah ilə can qardaş olduğuna görə sərf
eləmir. Türkiyə cənab Ərdoğanın imperialistik ambisiyalarının badına bu məsələyə
qarışıb. Belə ki, Tayyib bəy ciddi olaraq Osmanlı imperiyasını reinkornasiyası
fikrinə düşüb. Bunu açıq-aşkar Misirdə baş verən hadisələrdə də görmək olar. Zənnimcə Misir və Suriya Erdoğanın siyasi karyerasında
ən böyük səhvləridir. Qərb ölkələrinə isə əslində ABŞ və İsrail təhlükəsizliyi
bir o qədər də vacib olmadığına görə Suriya krizisinə ciddi müdaxilə etmək istəmirlər.
Böyük oyunçularından yerdə qalan Rusiya və Çin isə ümumiləşdirsək ABŞ-ın
regiona olan təsirinin artmasını istəmirlər.
Nəhayətdə
həmişə olduğu kimi böyük siyasi oyunların qurbanı isə minlərlə günahsız insan
olur. Bu məqalə ilə mən münaqişə tərəflərinə nəisə bir mesaj ötürmək fikrində deyildim.
Çünki onlar ümumiyyətlə mənim barəmdə xəbərsizdirlər. Sadəcə necə deyilir ürəkdə
olan sözlərimi bölüşmək istədim.
Comments
Post a Comment