21-ci əsrin müqaviləsi

       21-ci əsrin müqaviləsi adlandırılan "Şahdəniz 2" çərçivəsində olan layihə dinamik inkişaf edən Azərbaycan üçün çox mühüm strateji mahiyyət daşıyır. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. 



       Layihə nəticəsində "Şahdəniz 1" layihəsindən hazırda hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qazın hasil ediləcəyi gözlənilir. Bu, dunyanın ən böyük qaz işlənməsi layihəsindən biridir. Layihə ilə bağlı planlara körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi, iki yarımdalma qurğusu ilə 26 sualtı quyunun qazılması, 550 m suyun dərinliyində 500 km uzunluğu olan sualtı kəmərin tikilməsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü və Səngəçal terminalının genişlənməsi daxildir. İkinci mərhələyə aid olan bu işlərin ümumi qiymətinin ən azı 40 milyard ABŞ dolları olması gözlənilir. Bu, hazırda dünyada ən iri layihələrdən biri və BP-nin ən iri layihəsidir.

       Şahdəniz konsorsiumu 28 iyun 2013-cü ildə elan etdi ki, Şahdəniz Mərhələ 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir.
       "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir. "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə mümkün olacaq. "Şahdəniz-2" çərçivəsində qaz Türkiyəyə artıq 2018-ci ildə çatacaq.
       Beləliklə, dahi Heydər Əliyev zamanında yeni əldə olunmuş Azərbaycan müstəqilliyinin həssasiyyətini və düşmənlərdən gələn təhlükələri düzgün qiymmətləndirib "Əsrin müqavləsini" imzalamaqla ölkənin firavan və ən əsası təhlükəsiz bir şəraitdə inkişafını necə təmin etmişdirsə, сənab Prezident İlham Əliyev də böyük müdrikliklə Avrasiya məkanında artan geosiyasi iştahların qarşısında möhkəm  bir sədd olaraq "21-ci əsrin müqaviləsinə" imza atmaqla Azərbaycanın sürət yığan hərbi, iqtisadi, demokratik və digər sahələr üzrə islahatların yekunlaşması üçün lazım olan şəraiti təmin etmişdir.
       Cənab Prezident bir çıxışında çox düzgün vurğulamışdır ki, Azərbaycan ərazisi və əhalisi az olan ölkədir və böyük ordu qurmaq imkanı məhduddur. Zaman da o zaman deyil, indi müasir tipli elə silahlar var ki, bir həmləyə yüz minlik ordunu məhv etməyə qadirdir. Azərbaycan öz təhlükəsizliyini təmin edib mənfur və xain düşmənlər qarşısında əzmlə dayana bilməsi və heç kim tərəfindən zəbt olunmaq qorxusunun olmaması üçün özünü müasir silahlarla təmin etməlidir. Bunun üçün isə vaxt lazımdır. Bizim güclü və peşəkar ordumuz var.




Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia