Azərbaycan maraqlar üçbucağında

“Azərbaycan maraqlar üçbucağında” – bu başlıq altında Prezident yanında Gənclər Fondunun təşkilatı ilə bir foruma dəvət almışdıq. Mövzu üzrə bir məruzə ilə çıxış edəndən sonra maraqlı müzakirələr başladı. İştirak edənlərin əksəriyyəti ölkənin müxtəlif ali təhsil ocaqlarının tələbələri idi. Tədbirdə iştirak edən tələbələrin çoxusunun ixtisası olmadığına baxmayaraq kifayət qədər intelektual  və geosiyasi  prosesləri izləyən olduqlarına görə maraqlı müzakirələr alındı. Sözümü çox uzadmadan məğzə keçmək istəyirəm.

Azərbaycan öz coğrafi yerləşməsinə görə Türkiyə, Rusiya və İran adlı bir üçbucağın əhatəsində qərar tapmışdır. Bizi bu ölkələrin bəziləri ilə tarixi, bəziləri ilə dini, bəziləri ilə isə etnik köklər bağlayır. ABŞ və Qərb ölkələri nə qədər istəsələr də Azərbaycanı bu geosiyasi üçbucağdaki qartalların caynağından çıxara bilməyəcək. Buna sadəlöhv ümüdlər bağlayanlara qonşu Gürcüstanı misal olaraq göstərmək olar. Gürcüstan fikrimizcə Mixail Saakaşvili ilə birlikdə inqilabın dalğasında bir böyük səhvə yol vermişdilər. Qərbin onları hər şeydə və sona kimi dəstəkləyəcəklərinə tam inanmışdılar. Halbuki Rusiya qoşunları az qalsın Tiflisin ortasına kimi gəlib çıxanda ABŞ və Qərb demokratları ancaq odlu çıxışlar və bəyənatlar ilə kifayətlənmişdilər. Sözə nə qalıb ki…

Bu müstəvidə dərin düşüncəli insanlar Heydər Əliyevin nə qədər uzaq görən siyasətçi-strateq olduğuna həqiqətən də valeh olurlar. Belə ki, məhz Ümummilli Liderin yaratdığı balanslaşdırılmış xarici siyasət kursunun nəticəsidir ki, Azərbaycan bu gün milli maraqlarını güdən tam müstəqil siyasət yeridir və regionda bizim maraqlarımız nəzərə alınmadan hər hansı bir layihənin keçirilməsi barəsində söhbət belə gedə bilməz. Azərbaycan siyasi, iqtisadi, sosial, hərbi və digər bütün sahələrdə sürətlə inkişaf edən ölkədir və bu gün cənab prezident İlham Əliyev tərəfindən yeridilən qətiyyətli siyasətin bizi inkişaf etmiş ölkələrin sırasına çıxaracağına heç bir şübhə yoxdur. Belə ki, hal-hazırda Azərbaycan enerji təhlükəsizliyi müstəvisində Qərb ölkələri üçün çox vacib bir ölkəyə çevrilməyi bacarıb və biz bu avantajımızdan ümumi milli inkişafımız naminə tam məharətlə istifadə edirik.

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину