Müstəqil Kürdüstan kimin planıdır?

Yeni dünya xəritəsində müstəqil Kürdüstan dövlətinin yaradılması ABŞ və Qərb ölkələrinin planı ola bilərmi?
Geosiyasət meydanının bəzi ulduz oyunçuları yaxın şərqdə vəziyyəti tam nəzarət altına almaq üçün 2011-ci ildə Suriyada başladıqları vətəndaş müharibəsi Bəşər Əsədi devirməyə hesablanmışdır. Amma keçən illər və bu illəri müşayiət edən proseslər onları qarşılarına qoyduqları hədəfi dəyişdirməyə vadar etdi. Əsədin Rusiya və Çin dövlətlərinə arxalanmış təmkinli siyasəti onu Suriyada keçirilən növbəti prezident seçkilərinə qədər sağ-salamat gəlib çıxmasına və bu azmış kimi qalıb də gəlməsinə şərait yaratdı.
Bu gedişatları təhlil edən ABŞ və Qərb ölkələrindəki geosiyasi holivudunun mahir ssenaristləri yekun hədəfi dəyişdirmək qərarına gəldiklərini təxmin etmək olar.
Hədəf isə “regionun” artıq neçə ildir davam edən Suriya vətəndaş müharibəsinin nəticəsində yorğun və zəif düşməsindən istifadə edərək İŞİD kimi cani, terorist gruplaşmaları vasitəsi ilə müstəqil Kürdüstan dövlətinin yaradılması oldu.
Beləliklə müstəqil Kürdüstan dövlətinin yaradılması ilə aşağıda sadalanan nəticələr hasil olacaqmış:
1. Yeni yaradılan Kürd dövlətinin yaxın qonşuları o torpaqlarda bolluqda olan neft məhsullarını dünya satış standartlarından dəfələrlə ucuz qiymətə ala biləcəklər.
2. Uzun illər boyu davam edən və Türkiyəni daxildən parçalayan kürd məsələsinin həlli üçün böyük addım atılmış olacaq. Beləki, müstəqil Kürdistan dövlətinin yaranması bütün dünyaya səpələnmiş və əsrlərlə istiqlal eşqi ilə yaşayan kürdləri həmin əraziyə cəm edəcək. Bu da onların indi yaşadıqları əraziləri boşaldacaqları mənasına gəlir.
3. İraq Respublikasında mövcud olan dini-etnik qarşıdurmaları daha da dərinləşib nəhayətdə ölkənin azı üç müstəqil hissəyə parçalanmasına gətirib çıxarda bilər. Çünki müstəqil Kürd dövləti yaransa zənnimcə çox çəkməz ki, İraqın sünni və şiə icmaları da ayrı müstəqil dövlətlər yaradmaq eşqinə düşəcəklər. Ələxsus İraqdaki şiələri İran, sünni və vəhhabiləri isə Səudi Ərəbistanı dəstəklədiyini nəzərə alaraq başqa bir ssenarinin olacağını güman etmək çox çətindir. Ən yaxşı halda müasir İraq Respublikası iki və ya üç müstəqil dövlətdən ibarət olan konfederasiyaya transformasiya edə bilər.
      Hər halda geosiyasi oyunlar hələ də davam etməkdədir və kimin qalib, kimin isə məğlub olacağını əlahəzrətləri zaman göstərəcək.

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину