Beynəlxalq Tolerantlıq Günü



     1996-ci ildə BMT-nin baş assambleyasının təklifi ilə 16 noyabr Beynəlxalq Tolerantlıq günü kimi qeyd olunmağa başladı. Bu bayramın dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə qeyd olunması bəşəriyyət adına böyük uğurun olduğunu düşünürəm. Çünki insanlıq faşizm, antisemitizm, şovinizm və bu kimi dözümsüzlük və aşırı zülm aşılayan cərəyanlara şahidlik etmişdir. Təkcə II dünya müharibəsi ərzində həlak olmuş 50 milyona yaxın insanı faşizm kimi anti-insani ideoloji cərəyanın "parlaq sənət əsəri" kimi misal çəkmək yetərlidir.
     Azərbaycan üçün bu cür vəhşilik və milli-dini dözümsüzlük tarixən olduğu kimi müasir dövrdə də yaddır. Bu sülh və əmin-amanlığın əsasları müasir Azərbaycanın siyasi rəhbərliyinin yürütdüyü siyasətdə də özünü çox açıq göstərir. Azərbaycanda əsrlərlə formalaşmış multikulturalizm və tolerantlıq ənənələri bu gün bizim ölkəni dünyada bu sahədə bir etalon halına gətirmişdir. Ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü konseptual və ardıcıl siyasətin içərisində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun və Baki Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmasını xüsusi qeyd etmək olar.
     Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan bəzi alimlər tolerantlığın artıq özünü doğrultmadığını və alternativ çıxış yolları barəsində düşünmək vaxtının yetişdiyini öz kitab və məqalələrində qeyd edirlər. Lakin tolerantlığın alternativi yuxarıda deyildiyi kimi şovinizm və faşizmdən başqa heç nə ola bilməz. Bu zəhərli əqidələrin acı nəticələrini isə bəşəriyyət çox dadıb.

     Dünya Azərbaycanda əsrlərin sınağından çıxmış tolerantlıq və multikulturalizm ənənələrini daha dərindən tədqiq etməlidir. Bu təqdirdə müxtəlif dinlərə sitayiş edən etnik grupların sülh və əmin-amanlıq içərisində yaşamaqları nə qədər alternativsiz yol olduğunu anlayıb, qəti qərara gələ bilər.

Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia