ReAl Partiyasi və ya Ziyalilar Forumunun Reinkornasiyasi


Rafiq Əliyevə alim və ziyalı kimi həmişə böyük hörmətim olub. Ziyalılar Forumu yaranandan ordaki fəaliyyətini də diqqətlə izləyirdim və əsl ziyalıya yaraşan tərzdə, forumun “həqiqi”, pərdə arxası məramlarını anlayan kimi səhnədən necə çəkilməsini görəndə ona olan hörmətim daha da artmışdı. Ondan sonra forum çökdü.
Son aylarda Azərbaycanda sürətlə cərəyan edən siyasi proseslər fonunda Azər Qasımlının ReAl-dan uzaqlaşmasını görəndə o hadisə yadıma düşdü. Azər bəyin nə qədər ziyalı və ya alim olmasını bilmirəm, bunu hər halda zaman göstərəcək. Amma, mənə elə gəlir ki, o son anda anladı ki, ReAl partiyası da Ziyalılar Forumunun siyasi reinkornasiyasıdır. Yəni təbii ki, mahiyyət etibarı ilə olduğunu nəzərdə tuturam. Və, bu “tək seyirçi” tamaşasında yer almaq istəmədi. Bəlkə də tarix qarşısında məsuliyyətini dərk edib kənara çəkildi. Bilmirəm. Lakin, geridə qalanların oyununa baxanda adam heyrətini saxlaya bilmir. İlqar Məmmədov və Natiq Cəfərliyə bir sözüm yoxdur. Onlar zatən kifayət qədər açıq oynayırlar.
Erkin Qədirli isə məni xəyal qırıqlığıdır, nədirsə ondan uğratdı😃 Yəni, siyasətin bu qədər ucuzu yox daha artıq! Mən, Erkin bəyi uzun illərdir maraqla izləyirəm və postlarını, məqalələrini diqqətlə oxuyuram. Adamın kifayət qədər savadlı olmasına şübhəm yoxdur. Sahəsinin mütəxəssisidir. Halbuki, illər əvvəl deputatlığa namizəd olmaq barəsində söhbətlərinin birində “müsəlmansınızmı?” sualına, “dualistəm” cavabını verəndə anlamışdım ki, demokratik siyasətçi çıxmaz bəydən. Çünki, seçicilərinin mütləq əksəriyyəti müsəlman olan siyasətçi ateist də olsa bu suala, yerində iki rükət namaz qılmaqla cavab verməli idi, əyani sübut üçün 😁 Necəki Tramp kilsədə hamı bir dəfə haç çevirəndə, üç dəfə çevirirdi a 😅

Comments

Popular posts from this blog

Acı reallıq...

Post-modern satanocratia

“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası