AŞPA-daki son durum...
AŞPA kimi mötəbər bir geosiyasi platformada Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı olan dinləmələri diqqətlə izlədim. Azərbaycanda siyasi azadlıqlarla bağlı məruzəçi, İslandiyadan olan deputat xanım Thorhildur Sunnanın raportu, ümumi dinləmələr və ələxsus AŞPA-da Azərbaycana qarşı gəbul olunan qətnamə ölkəmiz adına böyük utanc və faciədir.
Dinləmələr ərzində təbii ki, tarixi fürsətdən istifadə edib söz alan şərəfsiz erməni deputatlarının, ölkələrində gedən dırnaq arası demokratikləşmə proseslərindən ağız dolusu danışmaqları adam çox pis təsir edir.
Bu arada isə Səməd Seyidovun “oyunda cığallıq” etdiyi vaxtda tutulan uşaq kimi “hətərəm-pətərəm” nəisə danışmağı isə adamda sadəcə təəssüf hissi oyadır.
Müəllimlər, artıq dayanıb düşünmək, düzgün qərarlar gəbul etmək vaxtı çatıb!
Müasir dünya həddindən artıq açıq, kiçik və qlobaldır. Heç kimdən, heçnə gizlətmək mümkün deyil.
Azərbaycanın gənc ölkə olmasını, Rusiyanın oyunlarından əziyyət çəkməsini və buna görə ölkə daxili bəzi problemlərin olduğunu Avropa da, ABŞ da, ən əsasi isə Azərbaycan xalqı da gözəl başa düşür.
Artıq problemlərdən qaçmaq əvəzinə, o problemləri neft-dollarları ilə çözməyə çalışmaq əvəzinə xalqa müraciət etmək zamanı gəlib çatıb! Bizim xalq çox istedadlı və böyük potensialı olan xalqdır! Ölkədaxili problemləri ölkə daxilində həll etməliyik. Bunun üçün isə gənclərə etimad göstərilməlidir! Keçmiş nazir və deputatların ərköyün, xalqdan bixəbər olan gəncləri demirəm.
Xalqını, vətənini sevən, təhsilli, təcrübəli gənc insanlarımızdan danışıram. Şəxsən mən o qədər ölkədaxili və xarici universitetlərdə təhsil almış, bacarıqlı, təcrübəli gənc tanıyıram və təəssüf ki, mütləq əksəriyyəti ölkəmizdə özlərinə gələcək görmədiyinə görə dünyanın dörd bir tərəfinə səpələniblər.
Ölkəmizin gələcəyini hesablamağa çalışan məmurlaradır sözüm. Axtarın o adamları, işə cəlb edin, onları ölkəmiz üçün yenidən qazanın. Bu ilk növbədə ölkəmizin inkişafına, ikincisi isə sizlərin şəxsi maraqlarınıza lazımdır. Çünki Azərbaycanda indilərdə itirməyə bir şeyləri olan elə sizlərsizin. Xalq onsuzda ruslar demişkən “по пути” (yol üstü) yaşamağa öyrəşib.
Comments
Post a Comment