Azərbaycanda nepotizmin ictimai-siyasi diaqnozu

Son günlər Alyona Əliyevanın keçmişi barəsində baş verən söhbətlər Azərbaycanın indiki reallığına dəqiq ictimai-siyasi diaqnoz qoyub. Siyasət ancaq hakimiyyətə gəlmək yox, həm də hakimiyyətdə qalmaq elmidir. Cari hakimiyyət cəmiyyəti on illərlə ardıcıl mənəvi deqradasiya yolunu tutmaqla ciddi epistemoloji səhv etdi. Azərbaycanda hər bir şərqli xalqın olduğu kimi patriarxal sistemdən əziyyət çəkən qadınlar həmişə olub, həmişə də olacaq. Amma, bu heç vaxt sistematik xarakter daşımayıb, əksinə konkret kişiciklərin fərdi psixoloji problemlərini qadınlarının üstündə proyeksiyası olub. Çoxluqda isə qadınlar həmişə kişilərimiz ailəm üçün "bir tikə çörək pulu qazanmaq" adlı həyatlarını məhv etdikləri oyunun benefisiarı olmaqdadırlar. Arxa fonda, isti, az-çox təminatlı həyat yaşayırlar. Bu kişi isə bir ömür kiminsə qarşısında sınmağa məhkumdur. Bu ictimai alqoritm siyasi sistem tərəfindən əxlaqsızlaşdırılan cəmiyyətdə kişini daha da sındırıb, çıxılmaz hala salıb. Mən son illər düşünürəm ki, problem bizim analarımızın bizə körpəlikdən aşıladığı qorxaqlıqdadır. Ana müqəddəsdir, Ana cənnətin qapısıdır və övladını qorumaq üçün hər şeyə hazırdır. Elə buna görə repressiya görməsin deyə uşaqlıqdan "heç nəyə qarışma, başını aşağı sal işini gör, səsini çıxartma, başımıza oyun açma ay bala" kimi göstərişlərlə şikəst edirlər bizi. Nümünə, Minesotada bu soyuqda bir nəfərə qarşı olunan zülmə qarşı etiraza çıxan on minlərlə ABŞ insanı ilə, Azərbaycanda olan saysız haqsızlıqlara qarşı sistemi malalayan adamlar arasında fərq nədir? Əsas fərq işimi və ya növbəti mərhələdə azadlığımı itirərəm qorxusudur. Ailəm başsız qalar, yoldaşım dirəksiz, balalalarım ac qalar, hələ yaşlı valideynlərinə baxan adamları demirəm. Nəticə nə oldu? Sınmış kişi...

Hakimiyyəti adam tutmaqla uzatmaq mümkün olsaydı Səddam, Qaddafi, Çauşesku, Bəşər Əsəd və sairə "dahi" siyasətçilər indi vəzifədə olmalı idilər, tarixin "zibilliyində" yox. Cəmiyyətlə dialoq mühitində olmaq lazımdır. Adamı insan yerinə qoymaq lazımdır. ABŞ siyasi elitaları bunu bacarır. Qeyri adi heçnə, Roma İmperiyasından qalan qaydanı tətbiq edirlər - İnsanlara çörək və tamaşa lazımdır. Azərbaycan isə kişilərimizi ailəsinin, övladının qarşısında pərt edir, ac saxlayır. Bu kişi də anasından aldığı səsini çıxartma əmrini şüurlu olaraq aşa bilmir, başlayır başqa qadınlardan qisas almağa. Buna görə dağılan ailələr, aldadılan qızların və sairə ictimai fəlakətlərin həndəsi silsiləsi dayanmadan artır. Söhbət Alyonanın keçmişindən getmir, heç kim müqəddəs mələk kimi doğulmur. Amma, sən illərlə öz millətini əzərək, şantaj edərək bahalı həyat yaşayırsansa,  gec-tez sükut pozulacaq! 

Məsələ qadın, və ya kişi məsələsi deyil! İnsan dünyanın hər yerində eyni varlıqdır! Dövlətin iqtisadi resurslarının cəmiyyət arasında ədalətli bölgüsü təşkil olunmalıdır. Cəmiyyətdə ədalət, əxlaq, mənəviyyat kimi prinsiplər təbliğ və icra olunmalıdır! Hansısa bir yolun zoraki təbliğ mexanizmləri isə yalnız dövlət aparatına aid olan məsələdir.

Comments

Popular posts from this blog

ReAl Partiyasi və ya Ziyalilar Forumunun Reinkornasiyasi

Открытое письмо Макаревича Путину

Post-modern satanocratia