Post-pandemiya iqtisadiyyatı
"Acından ölən yoxdur, bütün restoranlar doludur!"
Bu cümlə qarşısında əksəriyyətimiz aciz qalırıq. Çünki bu arqumenti dünya siyasi elitalar valideyinlərə yedirdib, onlar isə bizə yedirtmək istəyirlər. Gəl indi 20-ci əsrin hərbini, aclığını, haqzıslığını görmüş yaşlı ana-ataya izah elə ki, dünya dəyişib. Şərt deyil ki, küçədə acından huşu getmiş adam görəsən. GMO ilə modifikasiya olunmuş o qədər ucuz və keyfiyyətsiz məhsulları bəs nə üçün istehsal olundu?
Faciə odur ki, bu GMO məhsulları ilə bizim gmo-muzu məhv etmələrinə baxmayaraq pandemiyadan bu tərəfə bu zərərli məhsulları sadə insana od qiymətinə satırlar. Özləri isə keyfiyyətli kənd məhsullarından yeyib şellənirlər.
Hələ dünyanın şərq hemosferində insanların qorxusu hardasa mənə çatır. İki dünya müharibəsi ilə müşaiyət olunan aclıq, repressiyalar və indiyə qədər davam edən avtoritar meyillər. Yaşadığım qərb hemosferindəki ölkələrin dərdi nədir heç anlamıram da, qardaş.
200 ildir müharibə görmürsüz, post-sovet və əksər Asiya ölkələrinə baxanda azad, nisbətən demokratik dövlətlərsiz. Amma, burda da qiymətlər qalxır, həyat keyfiyyəti sürətlə düşür. ABŞ-da son iki il ərzində yüzlərlə şirkət iflas etdi, yüz minlərlə insan işsiz qaldı.
Görsənən odur ki, qlobal elitalar son 15-20 ildə nisbətən "ağ" günə çıxmış bəşəriyyəti "yerinə" oturtmaq qərarına gəliblər.
Əsrlərlə davam edən müharibələrdən sonra bəşəriyyət axır ki ağ günə çıxdı. Dünya qloballaşdı, insanlar Avropaya, Amerikaya, nə bilim Maldiv adalarına getdi-gəldi, bahalı maşınlar sürdü və sairə.
Bu söhbət multi-national kapitalın əsas sahiblərinə ləzzət etmədi. Həvəsdir-bəsdir deyib pandemiya vasitəsi ilə stop-kranı dartıb, yeni iqtisadiyyatın implementasiyasına başladılar.
Biz isə hələ də gecə saat 3-də bulvarda rahat gəzə bilirik deyə eyforiya yaşayırıq.
Comments
Post a Comment