20 yanvar hadisələri...




Gəlin birlikdə çox böyük də olmasa bir tarixi və siyasi təhlil aparaq. Düzdür bu məqalədə sırf 20 yanvar hadisələri təhlil olunmayacaq, bu barədə kifayət qədər yazılıb və yazılmaqdadır. Bu məqalədə o dönəmdən başlayaraq, bü günümüzə qədər paralel aparmağa çalışacağıq.
      1990-ci ilin Yanvar ayıdır. Sovet Sosialist Respublikalar İttifaqı dağılmaq üzrədir. Amma insan təbiəti etibari ilə axır ana qədər ümüdünü kəsmir. Belə də o vaxtki hakim pariyanın siyasi bürosunda olan o kəslər də məğlub olduqlarını bəlkə də artıq başa düşürdülər amma bəxtlərini axıra qədər sınamaq istəyirdilər.                  SSRİ-nin bütün ittifaq respublikalarından artıq azadlıq səsləri tam gücü ilə ucalmışdı. Azərbaycanda da bu proses pik nöqtəsinə çatmışdır. Onda Kommunist partiyasının rəhbəri Mixail Gorboçov Azərbaycanımızın torpağına çoxdan göz dikmiş, xalqımızın qanına susamış o qan içən erməni cəlladları ilə dolu ordunu dinc Bakimizin üstünə yeriməsinə əmr verdi. Bunun nəticəsini bizdən daha yaxşı heç kim bilmir. Çünki biz hamımız o dəhşət dolu 20 Yanvar gününü çox gözəl xatırlayırıq.
     Amma hər şey tərsinə oldu və xalqın azadlıq yanğısını söndürməyə yönələn bu qeyri-insani addım tərsinə İttifaqın dağılma prosesini sürətləndirdi və müstəqil Azərbaycanımızın yaranmasına ən böyük müqəddimə oldu.
     Burda insanı narahat eləyən başqa bir sual yaranır. Axı biz artıq bir dəfə istiqlaliyyət qazanmışdıq və məlum 1918-ci ildə müsəlman şərqində ilk olaraq demokratik dövlət qurmuşduq, sadəcə o vaxtki ictimai satbiliyin olmaması və siyasi iradənin zəifliyi kimi bəzi digər səbəblərdən bu dövləti həyatda saxlaya bilmədik. Bəs necə oldu ki, bu dəfə bizi eyni aqibət gözləmədi. Burda birmənalı və qətiyyətlə demək olar ki, müasir Azəbaycanımızın həyatda qalması və bu gün gördüyümüz bütün nailiyyətlərə imza atmasında biz  Heydər Əliyevə borcluyuq. Borcluyuq o mənada yox ki, hadisələr başqa cür də axa bilərdi. Heydər Əliyev o insan idi ki, bütün ömrünü xalqının, vətəninin güzəranını yaxşılaşdırmağa sərf etmişdir və təbii ki, bir ömür məcburiyyət qarşısında olsa da əsarətdə ola-ola xidmət elədiyi vətəninin müstəqilliyi uğrunda hər nə lazımdırsa edəcək idi. Sadəcə hər bir insaflı və rasional düşüncəyə malik insan anlamalıdır ki, O dahi şəxsiyyətin misilsiz təcrübəsi, ictimai səriştəsi, siyasi vərdişləri və sınmaz iradəsi olmasa idi biz hal-hazırda ya böyük bir xaos içərisində yaşayacaqdıq, ya da ki, yenə də ən yaxşı variantda muxtariyyətli əsarətdə olacaqdıq. Məgər bütün bunlar xalqını, vətənini sevən bir insan üçün kifayət edən dəlillər deyilmi?
     Bu gün Ümümmilli liderimiz Heydər Əliyev aramızda olmamasına baxmayaraq onun şərəfli yolunu oğlu, prezident Cənab İlham Əliyev uğurla davam etdirir. Düzdür çətin günlərimiz artıq arxada qaldı və şükürlər olsun tanrıya ki, o günlərdə Heydər Əliyev bizimlə idi. Amma indiki sürətlə globallaşan dünyada da Azərbaycanımızın gələcəyi cavan amma çox müdrik siyasətçi olan Prezidentimizin əlindədir. Global dünyada Azərbaycanın yeri hardadır? Ölkəmiz dünyaya və ələxsus Avropaya necə integrasiya etməlidir? Daxili və xarici siyasət necə tənzimlənməlidir? Bütün bu sualları tək-tək təhlil etmək bu məqalənin hövsələsindən kənardır, amma dünyanın bütün ictimai-siyasi proseslərinin mənbəyində dayanan globallaşma barəsində danışmaq yerinə düşər.
     Globallaşan dünya... Bu söz birləşməsini biz o qədər eşidirik ki, artıq ona adət etmişik və əsl mənasından uzağa düşmüşük. Halbuki, bu çox ciddi və vücudi yüklü bir məsələdir.
     Dünyanın ən ucqar yerlərində yaşayan qəbilələr də yəgin ki, 21 əsrin texnologiya və tərəqqi əsri olduğunu başa düşürlər artıq. Bəs bu nə deməkdir? Bu əsr bizə hansı yeniliklər gətirib? Zaman ilə ayaqlaşan, mütərəqqi insan olmaq üçün nə etmək lazımdır?
     Təbii ki, bizim zəmanəmizdə dünya cox 'kiçilib' və 'sürətlənib'. Bütün dünyanı öz iş yerinin arxasında, evində vəya internetə cıxışı olan hər yerdə diqqət mərkəzində saxlaya bilən, dünyanın hər bir yerindən saniyələr ərzində istənilən məlumatı almaq imkanına sahib olan insan çox vaxt bəzi vacib məsələləri unutmağa başlayır. Bu məsələlər isə onun həm şəxsi, həm də milli xoşbəxtliyinin zaminidir. Biz anlamalıyıq ki, xalq olaraq öz mənliyimiz və milli qürurumuz ətrafında birləşib, ümummilli maraqlarımızı şəxsi maraqlarımızdan üstün qoymağa başlamasaq, dünyaya integrasiyamız bizə şəxsi və ictimai degradasiyadan başqa heçnə gətirməyəcək. Amma öz adət-ənənəsi, ictimai vərdişləri, milli-mədəni kökləri ətrafında birləşib, bu dəyərləri qoruyub, düzgün şəkildə dünya ilə paylaşmaq istəyən xalqın xoş taleyinə.

Comments

Popular posts from this blog

Post-modern satanocratia

Acı reallıq...