Cəmiyyətin inkişaf modeli kimi - İslama qayıdış.
Müasir dövrümüzdə inkisaf modeli kimi ancaq qərb
dünyasının liberal, demokratik yolu təklif olunur. Həqiqətən də dünyaya baxanda
görünür ki, iqtisadi irəliləyiş əldə edən ölklər kapitalizmi ən çox inkişaf
etdirə bilən dövlətlərdir. Bu ölkələrdə elm də, ictimai-sosial rifah da,
əhalinin maliyyə imkanları da yüksək səviyyədədir. Amma hər şey yalnız maliyyə
vəziyyətinin yaxşı olması ilə bitirmi? İnsana tam mənada xoşbəxt olmaq üçün
lazım olan yalnız puldurmu? Cavab birmənali olaraq 'YOX'!
Qərb dünyasında mövcüd
olan fəlsəfi-mənəvi vəziyyəti araşdıran insan görəcək ki, maddi inkisaf
arxasında gedən sürətli mənəvi degradasiya oranın əhalisində pərişanlıq hissi
yaratdı. Son bir neçə əsr Avropada çıxan fəlsəfi cərəyan və məktəblər (freydizm,
kantizm, nitşizm və s.) məhz bu kimi mənəvi boşluqları doldurmaq üçün ərsəyə
gətirilmişdir. Lakin qeyri-ilahi olan bu məktəblər insanların həyatlarında
özünə məxsusi yer tuta bilmədi və uzun müddət keçməmiş cəmiyyət tərəfindən rədd
edildi.
Hal- hazırda Avropada
İslama artan maraq və sürətli İslamlaşma məhz bu təbii prosesin məntiqi
davamıdır. İnsanlar getdikcə İslamın nə gədər ilahi-əsaslı, dərin mənalı və
bəşəriyyətin bütün problemlərini həll etmək potensialına malik olan yegan
mənəvi dəyərlər sistemi olduğunu gəbul eləməyə başlayırlar.
Dünyanın hər yerində
olduğu kimi bizim cəmiyyətdə də bu problemlər öz təzahürünü tapır. Bir tərəfdən
məntiqsiz sözə oxsaya bilər. Müsəlman olmayan Avropa ölkələri keçirtdikləri
krizis ilə, dərin İslam mədəniyyəti ilə bişmiş bizim cəmiyət niyə üzləşir?
Burda birmənli demək olar ki, bu 70 illik SSRİ istilası və ondan da əvvəl çar
Rusiyasının mənfur siyasətlərinin bəhrəsidir. Biz də kimisi az, kimisi çox öz
mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi unutmuşuq. Amma bizim vəziyyətimiz
qərb ölkələrinə nəzərən daha əlverişlidir.
Bu yaxınlarda akademik
Ramiz Mehdiyevin 'Fəlsəfə və onun ictimai həyatda yeri' kitabını mütaliə
edirdim. Ziyalılarımızın ümümi rəyi olaraq, bu kitabın da əsas fikri ondadır
ki, bir xalq öz keçmişinə, milli-mənəvi dəyərlərinə sadiq qalmasa, tarixini
unudsa, öz kökünə qayıdıb müasirləşmə, inkisaf yolunu gedməsə məhvə məhkumdur.
Ona görə də
ziyalılarımızın öndərliyi, basçılığı altında xalqımız öz dərin kökləri və
zəngin mədəniyyəti ətrafında birləşməlidir. Belə olan halda biz həm
dövlətçiliyimizin, müstəqilliyimizin, həm də ictimai rifahımızın daha da
yüksəldilməsi üçün öz vəzifəmizi yerinə yetirmiş olar, gələcək nəsillər
qarşısında boynumuzda olan yükü əda etmiş olarıq.

Comments
Post a Comment