BP burulğanlarından səs-səda

 
   Gündəmdə olan BP mövzüsu sakitləşmək bilmir. Britaniyanın "İndependent", "Daili mail" qəzetləri və dünyanın deyərdik ki ən "qərəzsiz" informasiya agentliyi olan BBC-nın digər resurslarında bizim ölkəmiz barəsində sifarişli yazılar dərc olunmağa davam edir. Həqiqətən də insanda məntiqli olaraq sual yaranır ki, axı birdən birə nə oldu? Əsrin müqaviləsindən bu günə qədər BP şirkəti Azərbaycanda milliyardlarla dollar gəlir əldə edib və bu hal ilə bağlı da çox məmnun görünürdülər. Dövlət rəsmiləri və iş adamları ilə arada tədbirlərdə görüşəndə üzlərindən süzülən səmimiyyət dolu sevgi naxışları birdən birə niyə yox oldu?
     Fikrimizcə məsələni daha dərindən araşdırmaq lazımdır. 2010-cu ilin aprelində Meksika körfəzinin sahillərində törənən dəniz qəzasından hamı xəbərdardır. "Makondo" buruğunda "Deepwater Horizon" dəniz platformasında dəhşətli qəza çıxmışdı ki, nəticədə 11 nəfər həlak olmuşdur. 5 milyon barel neft beynəlxalq sulara axıb. Qəzanın ağır nəticələrini Texas, Luiziana, Florida, Missisipi və Alabama ştatlarının sakinləri çəkməli olub. Hələ həmin suların sakinlərindən söhbət gedmir.
     Bu ağır qəzadan sonra ABŞ rəsmiləri BP-nin ünvanına sərt ittihamlar səsləndirməyə başladılar və nəticədə Amerika hökümətinin Ətraf Mühit Agentliyi öz ölkəsinə BP şirkəti ilə hər hansı müqavilə bağlamağa qadağa qoydu. Belə sərt münasibət iki məqamla əlaqəlidir: əvvəla, ABŞ höküməti BP-nin dağınıq biznes aparmaqda ittiham edir; ikincisi isə, britan şirkəti, necə deyərlər, törətdiyi bəlaya görə heç əlini cibinə belə salmaq istəmirdi. ABŞ məhkəmə dairələrinin müvafiq xəbərdarlıqlarından sonra, Amerika bazarını itirmək qorxusu BP şirkətini ehtiyatlı davranmağa vadar etdi. Nəhayətdə BP şirkəti çoxsaylı məhkəmə iddialarından sonra 4,5 milyard dollar cərimə ödəməyə razılaşdı.
     İndi isə gələk məsələnin Azərbaycanla bağlı olan tərəfinə. Cənab prezident İlham Əliyevin bir müddət bundan əvvəl BP şirkətinin ünvanına yönləndirdiyi sərt ittihamları KİV ətraflı çatdırmışdılar. Cənab Prezident BP şirkətini ittiham etmişdi ki, şirkətin səhvlərinin ucbatından Azərbaycan 2008-ci ildən bəri 8 milliyard dollar qazanc itirmişdir. Bu əslində hələ məsələnin hamısı deyil. BP şirkəti bizim su hövzələrimizdə işləyərkən ikili standartlara yol verib: əgər Şimal dənizinin Ula yatağında neftlə bərabər hasil olunan qat suyu zərərsizləşdirib sonra yenidən yatağa vurulmuşdursa, Azərbaycan dəniz hövzəsində buna əməl edilməyib. Halbuki, bu texnoloji əməliyyat üçün müqavilədə 500 milyon dollarlıq büdcə ayrılmışdır. İşlər görülməyib, radioaktiv su dənizə axıdılıb və yarim milyardlıq büdcə yoxa çıxıb.
     BP şirkətinin Britaniya höküməti ilə isti münasibətləri heç kim üçün sirr deyil, amma bizim hökümətimiz də xalqının milli maraqlarını müdafiə edir və İngiltərənin iqtisadi proseslərə siyasi yollar ilə təsir etmək istəkləri burda baş tutmayacaq. Çünki Azərbaycan xalqı öz Prezidentinin ətrarında sıx birləşib, o isə öz növbəsində dövlətin maraqlarını təmin olunmasını hər şeydən üstün tutur.

Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia