“Gənclərə ideoloji və ictimai-siyasi yardım” qrupundan yenilik
“Gənclərə ideoloji və ictimai-siyasi yardım” qrupundan yenilik
Bu gün “Gənclərə ideoloji və ictimai-siyasi yardım” qrupunun idarə heyyətinin həftəlik iclası keçirilib. SİA-nın məlumatına görə, yeni yaranan qrupun idarə heyyəti hər həftə bir yerə yığılaraq müxtəlif fikir və təklifləri müzakirə edir. Səbail Rayon Yeni Azərbaycan Partiyasına üzv olan gənclərdən ibarət qrup ictimai-siyasi və ideoloji zəmində olan məsələlələ bağlı müxtəlif layihələr planlaşdırır.
“Gənclərə ideoloji və ictimai-siyasi yardım” qrupunun sədri Riyad Məmmədzadə bildirib ki, həm Yeni Azərbaycan Partiyasinin üzvü olan gənclər, həm də bitərəf gənclər qrupla maraqlana, layihələrdə iştirak edə bilər.
Onun sözlərinə görə, məqsəd gəncləri ictimai- siyasi həyatda baş verən proseslərlə daha yaxından tanış etmək və onlara bu istiqamətdə yardımlar göstərməkdir.
Qeyd edək ki, ilk tədbirin şəhid, milli qəhrəman Mübariz İbrahimovla bağlı elə onun doğum günündə keçirilməsi planlaşdırılıb.
Comments
Post a Comment