Myanmada törədilən qətliamlardan...
Vikipedia-dan çıxarış (təəssüf ki, Azərbaycan dilində bu qədər ətraflı məlumat olmadığına görə rusca verirəm) : Рохинджа — народ в Мьянме, коренные жители территории современного мьянманского штата Ракхайн. Этнически и лингвистически родственны, в отличие от остальных народов Мьянмы, народам Индии и Бангладеш. Территория, населяемая рохинджа, была присоединена к Бирме только в 1700-х годах.
По вероисповеданию рохинджа — мусульмане. Оценочная численность в Мьянме по состоянию на 2012 год — 800000 человек[1]. По данным ООН, они являются одним из самых преследуемых национальных меньшинств в мире[2]. Многие рохинджа живут в лагерях беженцев в соседнем Бангладеш, а также районах, расположенных вдоль тайско-мьянманской границы.
Keçən ilin yayından başlayaraq Myanmada yaşayan buddistlər yerli əhali və müsəlman olan Rohincalara qarşı amansız qətliam törədirlər. Minlərlə insan qətl edilmiş və diri-dir yandırılmışdır.
Altını xətt çəkərək bildirmək istərdim ki, bütün bu məlumatları, şəkilləri (bu vəhşi qətliam şəkillərinin hamısını burda post etməyə adamın ürəyi gəlmir) və videoları izlədikdə İNSAN fikirləşir ki, bəs nə səbəb oldu ki yüz illərlə eyni ərazidə yaşayan və çoxkonfessiallığa öyrəşən Birma əhalisi birdən birə bu qədər qəddarlığa əl atdı?
Rəsmi məlumatlarda gedən versiya budur ki, müsəlman bir gənc buddist bir xanımı yandıraraq öldürmək istədiyinə görə özlərini dünyanın ən yazıq və mərhəmətli dindarları kimi qələmə verən buddist rahiblər bütün müsəlmanları yandırmaq qərarına gəliblər. Amma dünyaya CNN və BBC müəllimlərin çəhrayı eynəklərindən deyil bir azca daha ayıq baxan insan bilir ki, büddist rahiblərinin dırnaq arası "qeyrət" hissləri bir kənara, Dalay Lamanın şəxsən göstərişi olsa idi belə o regionun bütün konfesiaları birləşib digər bir dinə aid insanın saçına əl dəyə bilməzdilər bir şərtlə ki, Myanma hökümətinin buna icazəsi olsun. Bəs Myanmanın "demokratik" inkişaf yolu ilə gedən hərbi çevrilişdən sonra hakimiyyətə gələn "insanpərvər" diktator höküməti niyə öz vətəndaşına bu cür divan tutur?
Elə bunu araşdırırdım ki, aşağıdaki məqalə mənim diqqətimi çəkdi. Məqaləni olduğu kimi verirəm:
Cənub-şərqi Asiya ölkəsi olan Myanmanın(Birma) əhalisi 60 milyona yaxındır. Bunun cəmi 3 milyonu müsəlmanlardır. İki ildir davam edən qətliam bir müddət səngisə də 1 həftədir yenidən gündəmə gəlib. Son hücumlarda 50 nəfər müsəlman öldürülüb, 10 məscid və yüzlərlə ev yandırılıb.
Ekspertlər hücumların yenidən intensivləşməsini may ayında açılışı ediləcək «Shwegas» neft boru kəməri ilə əlaqələndirirlər. Həm ötən illərdəki hücum edilən ərazilərdən, həm də son həftə ərzindəki hücumların yaşandığı Meiktila bölgəsindən Myanma ilə Çin arasında imzalanan müqaviləyə əsasən çəkilən «Shwegas» neft boru xətti keçir. «Shwegas» layihəsi 2009-cu ildə Çinin CNOOC şirkətiylə Myanma lideri Zan Şve arasında imzalanıb və diktator Şvenin adını daşıyır.
Cənubi Koreyanın «Daewoo» şirkəti tərəfindən aparılan ekspedisiyalarda arakanlı müsəlmanların yaşadıqları torpaqlarda 2004-cü ildə təsbit edilən 1,2 trilyon kubmetr qaz və 2,1 milyard bariel neft ehtiyatı, iki aydan sonra fəaliyyətə başlayacaq «Shwegas»la Çinə daşınacaq.
Hər il 12 milyard kubmetr qaz və 22 milyon ton neftin daşınması üçün 2 ayrı 800 kilometrlik xətt inşaa edilib.
Çinlilər Arakandakı Kyaik Pyu sahillərində qurduqları iri neft-qaz platformasıyla xammalı özləri yataqlardan yer səthinə çıxaracaq və özləri də daşıyacaq.
Çin bu prosesdə arakanlıları da işə götürə biləcəklərini bildirib.
Lakin bu münaqişədən də ABŞ sorağı gəlir.
Belə ki, Çinin belə böyük enerji rezervindən rahatça istifadə etməsinə imkan verməmək üçün ABŞ bir çox vasitlərə əl atır.
Bunlardan biri də Arakanda yaşayan müsəlman gənclərdən ibarət silahlı dəstələr qurub neft-qaz yataqlarına və borunun keçdiyi ərazilərə basqınlar təşkil etmək və beləliklə sözügedən layihədə mütəmadi olaraq problemlər çıxararaq onun yararlılıq əmsalını aşağı salmaqdır.
Myanma hakimiyyəti isə neft-qaz çıxarılması və nəqlini mümkün olduqca tez həyata keçirmək, və silahlı qruplara cavab vermək üçün ya hökumət qüvvələri ilə Arakana hücumlar təşkil edir, ya da müsəlmanlara qarşı nifrəti olan buddistlərə məlum cinayətləri törətməyə rəvac verir.

Bütün bu qurulan planların həyata keçirilməsində isə təəssüf ki yenə də ən çox zərər çəkən həmin torpaqlarda yaşayan yerli əhali olan müsəlmanlardır.
Qeyd edək ki, qətliamlar nəticəsində 120 min müsəlman evlərini tərk edərək qonşu ölkələrə xüsusən Banqladeş, Malayziya, İndoneziya və Taylanda sığınıb.
Qeyd edək ki, qətliamlar nəticəsində 120 min müsəlman evlərini tərk edərək qonşu ölkələrə xüsusən Banqladeş, Malayziya, İndoneziya və Taylanda sığınıb.
Deyirəm bu neft-gas məsələləri müsəlmanlara heç düşərli deyil də.
Bir məqamı da vurğulayım ki, həmin bu (müasir Myanmanın Muammar Qəddafisi olan) Zan Şvenin rəhbərliyi altında Rohinca müsəlmanlarına ilk dəfə repressiya başladılıb.
Sonda bir şey demək istərdim ki, uşaq, körpə, qadın, cavan demədən o vəhşilikləri törədənlərin motivlərindən asılı olmayaraq, "demokratik" dünya birliyinin və o birliyin keşikçisi olan hörmətli ABŞ hökümətinin indiyə kimi o qətliama niyə ciddi münasibət bildirməməsi BÖYÜK sual altındadır.
Axı Barack Obama deyirdi ki, bizim üçün dini-irqi və digər fərqlər önəmli deyil. Biz bütün dünyanın demokratikləşməsi üçün, xalqların ümumi rifahı üçün mübarizə aparırıq və dinc əhaliyə divan tutan heç bir ölkə höküməti cəzasız qalmayacaq!
Kiminsə ürəyinin gücü varsa aşağıdaki videoya baxa bilər:
Kiminsə ürəyinin gücü varsa aşağıdaki videoya baxa bilər:
Comments
Post a Comment