İnformasiyanın idarə olunması
İnformasiya manipulyasiyası kökləri ilə çox qədim dövrlərə gedən ictimai-siyasi bir fənndir. Tarix kitablarında hələ gədim Yunanıstanda, Çin və Roma imperiyalarında siyasətçilər ictimai rəyin öz maraqlarına uyğun manipulyasiyasını həyata keçirtdikləri usulları tapmaq mümkündür.
Təbii ki, hər bir elmi sahə kimi informasiya idarə olunması texnologiyaları da ümumbəşəri inkişaf zəmimində yeni çalarlar əldə etmiş, yeni mərhələlərə qədəm qoymuşdur. Belə ki, 1503-cü ildə Venesiya Respublikasının bütün xarici ölkələrdə işləyən diplomatik korpus işçiləri üçün xəbər bülletenləri hazırlanırdı. Həmin bülletenlərdən daha sonra sürətlər köçürülür və kiçik pul olan - gazzetta ( "qəzet" termini burdan götürüldü ) müqabilində digər vətəndaşlara satılırdı.
İspan filosof-sosioloqu Xose Orteqa-i-Qasset deyirdi ki, cəmiyyətdə ümumi rəy, ictimai mövqe olmasa, anarxiya yaranar. Siyasi məlumatların manipulyasiyasına hardasa haqq qazandıran müəllif cəmiyyətin ümumi rəyə köklənməsi üçün manipulyasiya cəhdini siyasi tarixin qanunu sayır. Rus filosofu Qriqori Şişkovun fikrincə, kütlələrin coşmuş emosiyalarının yatırılmasınında manipulyasiya qaçılmazdır. Müasir kütləni "şəxsiyyətsiz yaşayan insanlar" hesab edən filosof belə kütləni dövlət hədəflərinə çatmaqda istifadə edilməsi üçün yaxşı material sayır.
Bəs informasiya vasitəsi ilə ictimai rəyin manipulyasiyasında əsas texnologiyalar hansılardır?
KİV-in ictimai rəyin formalaşmasında oynadığı rolun əhəmiyyəti bir çox ölkə rəhbərlərinin diqqətindən yayınmayıb. Hətta vaxtilə ABŞ prezidenti Riçard Nikson Milli Təhlükəsizlik Şurasının iclasında büdcə xərcləriylə bağlı məsələlərin müzakirəsində çıxış edərkən silah sisteminin yaradılmasına 9 dollar qoymaqdansa informasiya və təbliğata 1 dollar sərf etməyi daha səmərəli saymışdı. R. Nikson hesab edirdi ki, silahdan nadir hallarda istifadə olunursa, informasiya ilə iş hər gün və hər yerdə olur. Vyetnam müharibəsini uduzan ABŞ zabitləri isə günahı öz medialarında görürdülər ki, KİV onları yetərincə dəstəkləmədi.
İnformasiya idarə olunması texnologiyaları orta statistik insanın hisslərinin idarəsinə yönəlib, çünki ictimai-siyasi prosesləri izləyən, analitiklərin rəylərini diqqətlə təhlil edən az bir ictimai segment verilən informasiyanı təqdim olunduğu kimi gəbul etmir. Ən azı alternativ rəy eşidənə, məlumat alana qədər səbr edir. Daha da dərinə gedməyi bacaranlar isə verilən məlumatın "nə üçün məhz bu müstəvidə təqdim olunur" kimi suallar ilə şəxsi araşdırma keçirib, təhlil apara bilir. Buna görə ilk duyurulan xəbərlər çox vaxt qeyri dəqiq vəya şişirdilmiş olur. Sonradan xəbərin pərdəarxası məqamları açıqlansa vəya bəzi dəqiqləşdirilmələr aparıldıqdan sonra daha dolğun məlumat verilsə belə, ümumi ictimai rəyə ilkin qabardılan tərəfi daha çox təsir edir.
Hərdən isə cəmiyyətdə hansısa olayla bağlı emosiya və təşviş yaratmamaq üçün informasiya üzərində düzəlişlər gedir. Məsələn, 2005-ci ildə Londonda baş verən metro partlayışları zamanı hökümət qurbanlarının sayı barədə mətbuata ötürülən ilkin məlumatlarda faciənin miqyası kiçildilirdi. Sonraki günlərdə dünyasını dəyişən insanların siyahısı tədricən artırıldı. Hökümət bunu cəmiyyətin sabitliyinin qorunması kimi ülvi amallar uğrunda atılan addım kimi qiymətləndirə bilər.
Öz ölkəmizə qayıdaraq bunu da qeyd etmək olar ki, 1993-cü ilin iyun hadisələri zamanı Milli Məclisdə keçmiş baş nazir Surət Hüseynovun Gəncədə qaldırdığı qiyamla bağlı müzakirələrin televiziya vasitəsi ilə canlı yayımına təkid edən qüvvələr bəlkə özləri də bunu bilmədən manipulyasiya ilə məşğul olmaq istəyirdilər. Belə ki, Məclisdə gedən gür müzakirələr və emosional çıxışlar KİV vasitəsi ilə cəmiyyətə ötürüldüyü təqdirdə mütləq olaraq kütlə də təsirə düşməli idi. Bu təqdirdə isə ictimai xaos və anarxiya qaçınılmaz idi.
Dünyanın bütün öndə gedən ölkələrinin beyin mərkəzlərində bu texnologiyaların öyrənilməsi və yeni tətbiqi metodları barəsində çox geniş araşdırmalar aparılır. Yaşadığımız zaman kəsimi informasiya əsri kimi mövqeləndirildiyi üçün artıq dövlətlər öz geostrateji və geoiqtisadi hədəfləri uğrunda mübarizələrini hərbi əməliyyatlar gedən meydanlarda deyil, global dünya media resurslarında aparırlar. Təbii ki, bu müstəvidə daha efektiv nəticələri dünya çaplı media agentliklərinə sahib olan qüvvələr əldə edirlər. Hesab edirik ki, Azərbaycanda da aparılan xarici və daxili siyasətin uğurlarını artırmaq və daha böyük mərhələyə çıxartmaq üçün bu texnologiyalar ilə daha dərin işləyən institutlar yaradılmalı, ən azı regional bir brendə çevriləcək bir media qurum təsis olunmalıdır.
ABŞ-ın məşhur "USA Today" qəzeti yazırdı ki, Pentaqonun Xüsusi Əməliyyatlar İdarəsi 2005-ci ilin yayında üç şirkətlə 5 il müddətinə 300 milyon dollarlıq müqavilələr bağlayıb. Həmin şirkətlərin analitiklərdən təşkil olan orduları bu vəsaitləri bir çox xarici ölkələrin kütləvi informasiya vasitələrində və sosial mediasında ABŞ-ın yürütdüyü xarici və daxili siyasəti təbliğ edən materialların yayılmasına sərf etməli idilər. Dünyanın lider dövləti olmaq rütbəsini öz üzərinə götürən Amerika Birləşmiş Ştatları bununla informasiya müharibəsində qalib gəlməyi hədəfləyir və bu fakt özlüyündə həmin sahədə ciddi işin aparılmasının zərurətini bir daha təstiq edir.
Məqaləmin sonunda tərcümə etmədən bir iqtibas gətirmək istəyirəm ki, məğzə çox uyğun deyilmişdir:
Высокая информативность современного человека, в плане его неадекватного восприятия действительности, оказывает на него такое же воздействие, какое оказывают на него — ограниченность в информации и безграмотность, так как обилие информации никоим образом не влияет на ее качество, без которого мыслить объективно просто невозможно.
М. Власов

Comments
Post a Comment