Acı reallıq...

 14-15-ci illərdə Prezident yanında Bilik Fondunda Beynəlxalq layihələr sektorunun müdiri çalışırdım. Müxtəlif layihələri icra etmək üçün bir neçə dəfə İsveç, Çexiya, Almaniya, Avstriya kimi ölkələrə səfərlərə getdik. Getdiyimiz ölkələrdə protokola görə səfirlərimiz ilə görüşürdük. Mən həm də Diaspor təşkilatlarımızın üzvləri ilə görüşməyə çalışırdım. Xaricdə yaşayan həmyerlilərimizin vəziyyəti mənə o vaxt çox maraqlı gəlirdi.

Çexiyada, Praqada bir layihə çərçivəsində elmi bir sərgi keçirdik. Çox çətinliklər gördük çünki fondun işçisi az idi, bizim şöbənin isə cəmi 3 əməkdaşı var idi. Amma ölkəmizi xaricdə layiqincə təmsil etmək əzminə görə yaddaşımda qalan o qaçhaqaçın əziyyəti deyil, sərgiyə 1 həftə qalmış Çexiyadaki səfirliyimizdə çalışan bir xanım əməkdaşdan aldığım zəng oldu (həmin bu əməkdaşla o günə qədər bir neçə dəfə əlaqə yaratmaq istəmişdik ki, sərginin təşkilində bizə kömək olsun, hər dəfəsində “çooox” məşğul idi) . Fonddaki iş otağımda idim telefonda özünü mənə uzun təqdim edəndən sonra dedi ki, bəs cənab səfir sizin sərgidə iştirak etməyəcək. Niyəsini soruşanda dedi ki, cənab səfir кадровый дипломат (yarı rusca danışırdı). O aşağı keyfiyyətdə təşkil olunan tədbirlərdə iştirak etmir. Siz təşkilatı işlərdə bizimlə məsləhət etməli idiniz. Мы вам сказали бы где купить красные ковры, где заказать еду и вино… dedim ki, siz deyəsən səhv salmısınız mənə bu tədbiri təşkil etmək üçün ayrılan büdcədə nə səfirin ayaqlarına sərmək üçün qırmızı xalçaya, nə qara kürüyə, nə də ağ şəraba vəsait yoxdur. Bir az səssiz qalandan sonra sağollaşıb dəstəyi asdı.
Bu “kadroviy diplomat” sərgi günü minnətlə də olsa gəlib 40-45 dəqiqə iştirak etdi. Mən indi nə o səfirin adını xatırlamıram, nə o əməkdaşın. Açığı tənəzzül edib google-da axtarış vermək də istəmirəm. Çünki problem adlarda deyil, yanaşmadadır. Ölkədə Xarici işlər naziri dəyişdi, Diasporla iş üzrə dövlət komitəsinin sədir dəyişdi, bu səfirlər vaxtaşırı dəyişir amma yanaşma dəyişmir. Mən 5 ilə yaxındır ki, ölkədən xaricdə yaşıyıram və bunu şəxsən təcrübə edirəm. Düzdür şükür Allaha Azərbaycan səfirliyinə burda işim düşməyib və heç düşməsin. Amma, türk abilərimiz demişkən Allah aşkına bu vəzifələrə vətənsevər, millətpərvər adam təyin edin. Vətəndaşı ilə maraqlansın, özündə ictimai məsuliyyət hiss etsin, işinə yalnız qazanc imkanı kimi baxmasın. Nəisə.
Bir az uzun çəkdi Xocalı faciəsi ilə bağlı burda camaatın özünün təşkil etdiyi tədbiri gördüm deyə yaranın üstü açıldı.

Comments

Popular posts from this blog

Post-modern satanocratia

“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası