“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası

Prezident İlham Əliyev “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması üçün Prezident Administrasiyasına sərəncam vermişdir. Bu məqalədə biz həmin konsepsiyanın ölkəmizin iqtisadi müstəvidə nə qədər vacib olması barəsində fikirlərimiz ilə bölüşmək istəyirik.
Bildiyimiz kimi ölkə büdcəsinin mühüm hissəsi neft sektorundan gələn gəlirlərdən təşkil olunur. Bu da yeni qurulmuş dövlətimizin inkişafı üçün çox əlverişli şərait yaradıb, amma burada bir çəkinməli məqam da var. Neft-qaz ehtiyatları nə qədər çox olsalar da tükənmək keyfiyyətinə malik olan təbii sərvətlərdir və büdcəsini sırf bu strateji məhsullardan əldə edilən gəlirlərdən təşkil edən ölkələr təbii sərvətin bitəcəyi gündən sığortalı olmalıdırlar.
Bunu təbii ki, bizim də iqtidarımız daim nəzərdə saxlayır. Prezidentimiz  dövlətimizin, cəmiyyətimizin inkişafı, sosial rifahının yaxşılaşdırılması müstəvisində xidmətləri göz qabağındadır.
Konsepsiya əsasəs informasiya və kommunikasiya texnologiyaları, turizm və kənd təsərrüfatı istiqamətlərdə inkişafı nəzərdə tutur. Hər üç sahə də fikir verdiyiniz kimi qeyri-neft sektorda olan milli gəlirlərimizi artırılması və dövlət büdcəsinin neftdən gələn vəsaitlərin azaldılmasl üçündür. Bu da Azərbaycanımızın ictimai rifahının artmasında müşahidə olunan templərin gələcəkdədə daim artmasına gətirib çıxartmalıdır.
 İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycanın bölgədə İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunda lider mövgeyə qalxmalı olduğunu vurğulayıb. Həmin sahədə fəaliyyət göstərən şirkətlər də ölkəni bu hədəfə çatdırmaq üçün öz aralarında sanki yarışırlar, bu da cəmiyyətə daim yeni texnologiyaların təqdim olunmasında özünü biruzə verir. 
Həmin sahələrə dövlət və digər daxili-xarici investorlar tərəfində ediləcək sərmayə yatırımları əhali üçün yeni iş yerlərinin açılması deməkdir ki, bunun da özlüyündə gündəmdə olan işsizlik probleminin həll olunmasında rolu olacaq.
May ayında gələn Avroviziya müsabiqəsi zamanı Bakiya böyük xarici qonaqların axını qaçılmazdır, gələn qonaqlar yeni açılan dörd və beş ulduzlu mehmanxanaların və digər istirahət məkanlarından feyziyyab olub bizim üçün öz ölkələrində reklam gücünə çevriləcəklər. Deməli ölkəmizin öz təkrar olunmaz təbiəti ilə gələcəkdə bir turistik mərkəzə çevrilməsi potensialı kifayət qədər yüksəkdir və bu potensialı reallaşdırmaq lazımdır.
Bir sözlə hamımız birləşib, hərə öz istedadı və ixtisası çərçivəsində parlaq gələcəyimiz naminə birlikdə fəaliyyət göstərməliyik.

Comments

Popular posts from this blog

Acı reallıq...

Post-modern satanocratia