İctimai-siyasi məsuliyyətimiz
Bu günlərdə hamı Almaniya Federativ Respublikasında
48-ci Münxen Təhlükəsizlik Konfransında iştirak edən zaman Prezidentimizə
Almaniyanın Xarici Siyasət və Təhlükəsizlik İnstitutunun direktoru Volker
Perthes tərəfindən verilən o sifarişli sualı müzakirə edir. Həmin video
roliklər işıq sürəti ilə sosial şəbəkələrdə yayıldı və artıq ona baxmayan
qalmadı yəgin ki.
Müxalifət liderləri bir anda
hamısı gündəmə atılaraq mövzunu o qədər yozdular ki, biz də bu mövzü barəsində
cəmiyyətimizdə ümumi siyasi vəziyyətə, iqtidar-müxalifət münasibətlərinə və bu
barədə hökm sürən ictimai rəy barəsində məqalə yazmağa qərara aldıq.
Həmin günün səhərisi demək olar
ki, bütün müxalifət yönlü kütləvi informasiya vasitələrində eyni fikirlər
səslənirdi. Hüsnü Mübarək də, Ben Əli də, bütün digər devrilmiş liderlər də
ölkələrində baş vermiş inqilablardan əvvəl deyirdilər ki, bizdə bu cur
hadisələr inkişaf edə bilməz. Bizdə daxili məhsul flan qədər istehsal edilir,
sosial şərait belə yaxşıdır və s. Amma gəlin bir qədər uzaq görən, rasional
düşünək. Ərəb baharı olan ölkələrə nəzər salın, həmin Misirdə hər gün
iğtişaşlar daha da güclənir, hər gün isanlar həlak olur, ictimai stabilik
yoxdur, siyasi iradə ümumiyyətlə yoxa çıxıb. Ölkə tam bir xaos içərisindədir
vənandırım sizi ki, hələ uzun müddət o halda qalacaq. Sizcə onlar bütün bunları
əvvəlcədən bilsə idilər, baş verənlərə razı olardılar? Hələ o ölkələrdə
hakimiyyətdə olan insanlar xalqlarına nə dərəcədə səmimi xidmət etdikləri
barəsində məndə şəxsən dolğun məlumat yoxdur, bu özü uzun araşdırma tələb edən
bir məsələdir. Amma Azərbaycanımız barəsində açıq aydın danışmaq olar.
Bu məqalədə biz iqtidarın
atdığı hər bir atdımın, ölkəmiz üçün siyasi vəya daxili müstəvidə gəbul etdiyi
hər bir qanunu müzakirə etmək fikrində deyilik. Lakin ümumi olaraq ümummilli
lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dönəmdən bu günümüzə qədər çox dərin olmayan
bir təhlil aparmağa çalışacağıq.
Heydər Əliyev ikinci dəfə atıq
istiqlaliyyətinə qovuşmuş Azərbaycanımızın rəhbərliyinə qayıdada ölkədə tam bir
anarxiya hökm sürürdü. Heydər Əliyevin də gördüyü ilk işlərdən biri bu oldu ki,
xarici düşməm ilə o vaxtı bizim üçün çox lazım olan müvəqqəti sülh əldə olundu,
sonra daxildə olan bütün xalq və dövlət düşmənlərini aradan apardı. Beləliklə
yenicə azadlığa qovuşmuş xalqımız bu böyük neməti əldən vermədi. Artıq bundan
sonra əsas və çətin məsələlər başlayırdı. Xarici siyasəti necə tənzimləməli,
daxili sosial münasibətləri necə qurmalı və bu qəbildən suallar o vaxtlarda çox
idi. Ümümmilli lider ilk olaraq Azərbaycana balanslaşdırılmış xarici siyasət
kursunu verdi, bu da o dahi şəxsiyyətin ən gözəl, uzaq görən addımlarından idi.
Hər bir ağıllı və vətənini sevən insan etiraf etməlidir ki, o vaxtdan dünyada
artan imicimiz bu siyasətin nə qədər düzgün olduğunu sübuta yetirmişdir artıq.
Daxili siyasətin də kursu təyin
olundu. Azərbaycan müasir, dünyəvi, tolerant və azad ölkə olmalıdır. Bütün bu
istiqamətlərdə işlərin aparılması göz önündədir. Heç kim demir ki, bizim ölkə,
cəmiyyət, siyasi və inzibati qurumlar idealdırlar, amma yaddan çıxardmaq da
lazım deyil ki, biz hələ yenicə 20 illik yubileyimizi qeyd etdik. Bizim
ölkəmizi digər demokratik ölkələr ilə müqayisə edən insanlara demək lazımdır
ki, Amerika 300 ilə yaxındır ki, müstəqildir, Avropa ölkələri əsrlərlə
müstəqildirlər və biz onların əsrlər ilə getdikləri yolu onilliklərdə gedirik.
Bu sadə məntiq artıq vətənini, xalqını, dövlətini sevən vətəndaş üçün böyük
arqumentdir.
İnqilab eşqi ilə yaşayan
müxalifət liderlərini başa düşmək olar, hərənin öz işi var. Amma o cavanlar ki,
bu böyük siyasət oyunlarında aldadılırlar, onlara adam baxanda heyifi gəlir.
Biz əsrlər ilə dədə-babalarımızın görmədiyi istiqlaliyyəti yaşayırıq. Bu
fürsəti Allah Təala bizə qismət elədi. Biz indi bütün insani, intellektual
resurslarımızı səfərbər edib Azərbaycanımızın parlaq gələcəyi uğrunda birləşib
fəaliyyət göstərməliyik, bir-birimzin ayağını qazmaq ilə məşğul olmamalıyıq.
Vallah adam bu müxalifət
liderlərinə baxanda fikirləşir ki, görəsən bunlar doğrudan da hakimiyyətə
gəlsələr Azərbaycanı neçə onilliyə dala atarlar? Gəlin vətənimiz
üçün çalışaq, kiminsə şəxsi davasında alətə çevrilməyək.
Comments
Post a Comment