Sifarişli mitinqlər (ARXİV)
İnsan yaradılışı etibari ilə azad xəlq
edilmişdir. Həm təfəkkür, həm də fəaliyyət baxımından. Düzdür bəşər yaranandan
bu azadlıqlar məhdudlaşdırılıb amma, yasadığımız dövrdə artıq insan həm fərdi,
həm də ictimai sürətdə öz fikrini izhar etmək haqqını təsbit etmişdir.
Bütün müasir dövlətlərdə olduğu kimi bizim
müstəqil Azərbaycanımızda da Ulu Öndərimiz Heydər Əliyevin və Onun müdrik siyasətinin
layiqli davamçısı İlham Əliyevin misilsiz zəhmətləri bahasına demokratiya sürətlə
inkişaf etməkdədir. Təbii ki, bu uzun bir yoldur və "Avropada filan şey
belədir, amma bizdə niyə elə deyil" deyənlər yaddan çıxartmamalıdırlar ki,
inkisaf etmiş ölkələrin hərəsinin neçə əsrlik təcrübələri var, bizdə isə yenicə
qurulmuş, cavan amma özümüzə məxsus olan bir dövlət.
Bəli, mən onun tərəfdarıyam ki, hər bir vətəndaşımız
Azərbaycanımızın əsrlərdir əsarətdə yasadığını unutmamalı və fəaliyyətindən,
əqidəsindən, ictimai-siyasi fikirlərində asılı olmayaraq hər bir Azərbaycanlının
borcudur ki, Azərbaycan dövlətciliyinə xidmət eləsin.
Son günlərdə şahidi olduğumuz mitinglər və
kütləvi iğtişaş çağırışları hər bir xalqını sevən insanda olduğu kimi bizdə də
təəssüf hissindən başqa heç nə oyadmır. Şəxsən mən Facebook və digər sosial şəbəkələr
vasitəsi ilə təbliğatı aparılan "Qəzəb Günü" barəsində məlumat ilə
tanış olanda fikirləşirdim ki, görəsən bu çağırışları düzənləyən partiyaların sədrləri
və öndə gedənləri bu mitingdə qatılacaqlar. Təcrübə göstərdiyi kimi qatılmadılar.
Bundan da sual doğur ki, bəs əgər sizin haqqında danışdığınız amal və hədəfləriniz
doğrudan da ülvi və yüksəkdirsə, onda siz nədən qorxursunuz? Neçə-neçə cavan və
potensiallı gənclərimizin başını doldurub onları çirkin oyunlarınıza gurban verdiniz…
Halbuki, siyasi təfəkkürü zəif olan,
ictimai vərdişləri olmayan cavanlardan gələcəkdə nə ölkəsini dünya arenasında
layiqli təmsil edən diplomat, nə də vətəninin rifahına xidmət edən vətəndaş
yetişməz.
Artıq tam əmin olmuşuq ki, icazəsiz
mitinqlər xaricdən gələn sifarişlərdir. Bu sifarişləri yerinə yetirənləri
isə xalqın, Vətənin taleyüklü problemləri yox, öz şəxsi mənafeləri düşündürür.
Mən üzümü
bütün cavanlarımıza tutub demək istəyirəm ki, gəlin ayıq olaq. Kiminsə mənafəyini
üçün yox, vətənimizin çiçəklənməsi üçün səfərbər olaq! Belə mitinqlər nə
müxalifətə, nə də xalqa fayda verər.
Comments
Post a Comment