"Yeni İz" Gənclər Hərəkatının 1 ili tamam oldu


     “Yeni İz” Gənclər Hərəkatının 1 yaşı tamam oldu. Bu müddət ərzində hansı yeniliklərə imza ata bildik, hansı layihələri həyata keçirdə bildik… Bu barədə qısaca da olsa bir az söhbət etmək istəyirik.

     Təşkilatımız bu çox uzun olmayan zaman kəsimində öz cərgələrində yüzlərlə fəal, potensiallı və vətənpərvər gənci birləşdirməyə nail olsa da sırf şəxsi vəsaitlərimizə əsaslandığına görə və kənar sponsorlardan heç bir maliyyə dəstəyi almadığına görə təbii ki, böyük layihələrə imza ata bilmədi. Düzdür kifayət gədər produktiv ideyalar var idi və indi də mövcuddur, kreativ düşüncəli üzvlərimiz yeni-yeni layihələr təklif edirlər amma təəssüflər ki, nisbətən böyük vəsaitlər tələb edən proyektları kənara qoyub az büdcəli layihələr üzərində işləməyə məcburuq.

     Amma biz yenə də öz fəaliyyətimizi müsbət dəyərləndiririk çünki, bizim fəaliyyət göstərməyimizin hədəfi şəxsi mənafə deyil. Bizim hədəfimiz müasir, azad, demokratik və çiçəklənən Azərbaycanımızın bu daimi və sürətli inkişafına öz töhfəmizi vermək, bu ali və müqəddəs məramlar uğrunda fəaliyyət göstərməkdir. Bu müstəvidə cəmiyyətdə kütləvi informasiya vasitələri ilə ictimai təfəkkürün düzgün formalaşmasında, gəncliyimizin milli-mənəvi müstəvidə maarifləndirilməsində göstərdiyimiz xidmətlər bizim üçün ən boyuk uğurdur.

     Biz yenə də bütün gəncliyimizi bu müqəddəs amallar ətrafında birləşib vətəninə xidmət etməyə səsləyirik. Dahi Lider Həyder Əliyevin yolunu şərəflə davam etdirən prezidentimiz İlham Əliyevin ətrafında müstəqilliyimizin inkişafına, iqtisadi-sosial rifaha qedən bu çətin amma şərəfli yolda birləşib, potensialımızı səfərbər edib xidmət göstərməyə səsləyirik.

Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia