Gündəlik aksiyalar
Son zamanlar 20 sahədə keçirilən sanksiyalaşdırılmış aksiyalar o qədər mütəmmadi keçirilir ki, insan bütün bu mitinqləri heç kütləvi informasiyalar ilə izləməyə belə çatdırmır. Müxtəlif gənclər hərəkatları, hüquq müdafiə təşkilatları, cürbəcür forumlar və təbii ki, ənənəvi radikal və alternativsiz müxalif partiyaları.
Məndə şəxsən çox maraqlı bir
sual oyanır. Görəsən bu mitinqlərin belə sıx-sıx və canfəşanlıq ilə keçirilməsinin
səbəbi nədir? Axı gündəmi izləyən hər bir vətəndaş üçün sirr deyil ki, müxalifət
partiyaları daim mitinq keçirdmək istəyirlər, Baki Şəhər İcra Hakimiyyətinə
müraciət edirlər, müraciətlərinə baxılana qədər bir neçə dənə bəyənat da verirlər
ki, bəs bizim müraciətimizə baxılmır, yer ayrılmır… Sonra icra hakimiyyəti tərəfindən
müraciət edən partiyaların təklif etdiyi şəhərin mərkəzi küçələri və insanların
sıx toplaşıb ictimai istirahət məkanları rədd edilir və alternativ olaraq 20
sahə kimi yerlər təklif edilir. Müxalifət bununla razılaşmır icazəsiz şəhərin mərkəzi
Nizami küçəsində və ya Fontanlar bağında yürüş edir, yürüş ictimai asayişi qoruyan
orqanlar tərəfindən kobudcasına dayandırılır və qanunu pozanlar həbs edilir.
Sonra da yeni bəyənatlar başlayır ki, biz yürüşü baş tutmuş hesab edirik, bəs
dünən vitrin sındıran və qanunu pozan insanlar hamısı vicdan məhbusudur –
hamısı azad olunsun.
Bu ssenarini biz artıq
illərdir ki, görməyə öyrəşmişik. Adamı da elə maraqlandıran odur ki, bəs indi nə
olub gərəsən ki, dünənə kimi 20 sahəni bəyənməyən bütün
müxalif qüvvələr birdən birə o meydana köçdülər. Elə təəssürat yaranır ki, bu
insanlar orda bir azdan palatkalar quracaqlar ki, evə dağılışmasınlar. Çünki,
mitinqlər elə sıxlaşıb ki, hər gün ora gedməyə ancaq nəqliyyat pulu cəhətindən
artıq müəyən xərc yaradır.
Bu intensivliyi yaradan əsas
amil kimi isə biz təbii ki, adı çımış Avroviziya müsabiqəsində görürük. Bu qərbdən maaliyyəşdirilən müxalif gruplara sadəcə açıq gəstəriş gəlib yəgin
ki, artıq harda yer versələr mitinq keçirin. Hədəf də aşkar ortadadır, Azərbaycanımızın
inkişafını görməyə gözü olmayan qüvvələr bütün vasitələr ilə dünya ictimaiyyəti
gözündə indi daxili stabilsizliyin görüntüsünü yaradmaq istəyirlər. İstəyirlər
ki, Bakimiza gələcək insanlar desinlər ki, oralar nəisə narahatdır, daima mitinqlər
keçirilir bəs gəlin biz ora gedməyək.
Amma təbii ki, bu
arzuları da ürəklərində qalacaq. Çünki bizim milli təhlükəsizlik orqanlarımız
da çox yüksək səviyyədə işləyir, xalqımız da böyük əksəriyyətində bütün bu
oyunları başa düşür və düzgün olanı cinahda qərar tutur.

Comments
Post a Comment