Qonşu yoxsa təhlükə mənbəyi?





     Bu günlərdə cəmiyyət içərisində müzakirə edilən mövzuların içərisində yəgin ki, top 10-luğun zirvəsində getdikcə daha da gərginləşən İran-Azərbaycan münasibətləri mövzusudur. İran tərəfi öz ölkəsində demək olar ki, gündəlik normalara çevirdiyi aksiyaları keçirdməkdə davam edir. Avroviziya yarışmasının ayrı-ayrı paradlarınından tutmuş ölkəmizin ümumi daxili və xarici siyasi kursuna qədər hər şeyi tənqid və təhqir atəşinə tuturlar.
     Bu narazı çıxışları orda kimin sifarişi ilə və hansı məqsədlərlə təşkil olunması təbii ki, qaranlıq məqamlardandır. Hər halda Azərbaycan müstəqil dövlətdir və artıq bütün dünyaya 20 illik istiqlaliyyətimiz ərzində biz sübut etmişik ki, dünya birliyinin müstəqil subyektiyik və öz milli maraqlarımıza uyğun olaraq siyasətimizi tənzimləyirik. Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil və müasir Azərbaycanımızın ictimai-siyasi təməllərini o qədər güclü bünövrədə yaratmışdır ki, indi ölkəmiz dünya, Avropa nəhəngləri ilə çiyin –çiyinə oturur və bizim milli maraqlarımız olmayan heç bir layihə regionda keçirilməsi ilə bağlı söhbət belə gedə bilməz.
     Halbuki İran və Rusiya kimi qədimdə imperiyalara sahib olan ölkələr deyəsən hələ də keçmişdə qalıblar və müasir zamanda günbəgün çiçəklənən, ictimai-siyasi güdrəti daim artan Azərbaycanı görməməzliydən gəlirlər. Təbii ki, keçmiş ilə yaşayanların sonu peşmançılıqdır. Çünki gec-tez yuxudan oyananda və Azərbaycanımızın dünyada daim artan uğurunu, BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilatların sədrliyində görəndə böyük depressiyaya düşə bilərlər.
     Hələlik isə qoy kim özünü nə hesab eləyirsə eləsin. Biz isə tam sabit, düşünülmüş və təmkinlə öz uğur yolumuzu davam etdirək!

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину