Skip to main content

Zaqatalada aksiya: Yardımın lazım, yardım et..



Son həftələrdə Şimal-Qərb bölgəsində güclü zəlzələlər olur. Ən güclü zələzə isə Zaqatalada olub.
Zaqatalada baş vermiş zəlzələ nəticəsində insanlar çöldə qalıb, evləri dağılıb, bəzilərinin evlərində çatlar yaranıb və insanlar təlaş içərisindədilər. Qorxurlar, çünki zəlzələ hələ 2 ay davam edəcək. 2 ay heç kəs bilmir nə olacaq. Neçə bal gücündə zəlzələ olacaq, necə dağıntılar olacaq. Ancaq biz indi Zaqatalaya yardım etməliyik! Deyə bilərsiniz ki, dövlət edir bizim kömək etməyimzə ehtiyac yoxdur. Düzdür FHN və digər aidiyyatı ola strukturlar bu məsələ ilə yaxından məşğuldurlar. Artıq verilən məlumatlara görə bütün evləri dağılan və yaşamağa şəraiti olmayan insanlara dövlət tərəfindən çadırlar və lazım olan bütün digər sosial yardımlar göstərilmişdir. Amma fikrimizcə dövlətlə bir yerdə bütün imkanı olan vətəndaşlarımız da köməklərini əsirgəməməlidirlər. Düşünürəm ki, bu o bölgədə yaşayan qardaş-bacılarımızın üzləşdiyi çətin şəraitdə özünü azərbaycanlı hesab eləyən hər bir insanın borcudur. Çünki bir gün Allah göstərməsin bizim də yaşadığımız bölgədə zəlzələ olsa, bizlər də şimal və cənub bölgələrində yaşayan həmvətənlərimizdən yardım gözləyəcəyik. Təbii ki, bu məcburi deyil, könüllü bir işdir. İstəsəniz kömək edin. Bu bir fəlakətdir və biz bu zaman onların yanında olmalıyıq. Bunun üçün yeni aksiyaya start verilib “Zaqatalaya Yardım Aksiyası”.  Nə yardım edə bilirsinizsə edin zəhmət olmasa... Əgər heç nə edə bilmirsinizə bu aksiyanı dostlarınız arasında paylaşın, yayın. Bəlkə sizdən başqa kimsə kömək edə bildi.

“Əziz gənclər, hamımız bilirik, bir neçə müddətdir ki, yurdumuzun ən dilbər güşələrindən olan Zaqatalada zəlzələ baş verir. Biz gənclər bu duruma biganə qala bilmərik. Bu yardımı etməkdə məqsədimiz ordakı qorxmuş və zərərçəkmiş insanların üzündə bir balaca da olsa təbəssüm yaratmaq, onların yanında olduğumuzu hiss elətdirməkdir.
Əziz dostlar, 29. 05. 2012, saat 16 : 00 – a qədər yardımlarınızı gözləyirik. Yardım etmək istəyən şəxslər bizimlə əlaqə saxlayaraq təyin olunmuş ünvana yardımlarını gətirə bilərlər.
Ordakı insanların ərzaq, dərman və digər ehtiyaclarının qarşılanması üçün imkanınız çatdığı qədər maddi yardım edə bilərsiniz .Ordaki insanların dediklərinə görə isti yorğanlar da lazımdı. Hər gecə yağış yağır,  gecələr hava soyuq olur. Başqa edə biləcəyiniz hər cür yardıma açığıq. Paltar qəbul olunmur.Və bir də zəlzələ yerinə getmək üçün avtobusa ehtiyacımız var. Yardım toplandıqdan sonra 31.05. 2012 -ci il saat 08 : 00 da Zaqatalaya yola düşüləcək. Bizimlə Zaqatalaya getmək istəyən könüllülər e-mail yazmaqla gedəcəklərini təsdiqləsinlər.”

Əlaqə : Konul Yazar : 055 487 99 21
Elnur Bəkirov: 051 527 72 01
Email ünvanı : zaqatalayardim@yahoo.com
Sizə ehtiyacı olanlara kömək et..!
Şəkillər internetdən götürülüb.

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину