05.10.2012 --- Təhsil Nazirliyi qarşısında aksiya




Bu gün Təhsil Nazirliyi qarşısında keçirilən aksiya insanda təəssüf hissindən başqa heçnə oyadmır. Çünki iki tərəfdə də eyni xalqın övladları bir-birinə qarşı hədsiz nifrət və vəhşilik ilə elə zərbələr endirirdilər ki, elə bil Qarabağı geri alın əmri gəlmişdir. Çünki insanımız başa düşməlidir ki, bu cür təxribatlar xaricdən idarə olunur və dövlət-din münasibətlərini gərginləşdirməyə yönəldilib. Çünki dindarlar başa düşmürlər ki, dövlətimiz bütün vətəndaşlarına qayğı ilə yanaşır və cəmiyyətimizin inkişafı üçün səngimədən fəaliyyət göstərir. Çünki və yenə də çox təəssüf ki, bəzi polis işçilərimiz aksiyanı dağıdın əmrini nədənsə, erməniləri Qarabağdan çıxardın əmri ilə səhv salırlar. Mən yenə də bütün Azərbaycanlı gənclərimizə səslənmək istəyirəm, gəlin əsrlərlə həsrətində olduğumuz və sonunda qovuşduğumuz azadlığımızın qədrini bilək. Gəlin bizi uğur və təmkinli inkişaf yolu ilə aparan Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyev ətrafında sıx birləşək, onun qədrini bilək, Heydər Əliyev irsini öyrənək-öyrədək! Gəlin təxribatlara aldanmayaq. Bizim polisimizdən də bir xahişimiz olacaq, aksiyaya çıxan gənclərimiz, vətəndaşlarımız cahilliklərindən bunu etsələr də, təxribata uysalar da, dini hisslərini təhrik edənlərin əlində oyuncağa çevrilsələr də, gəlin yaddan çıxardmayaq ki, onlar Azərbaycanlıdırlar! Öz xalqımız, öz millətimizdirlər! Axı insanın qardaşı, oğlu nəisə səhv edəndə, nəisə səhv başa düşəndə onu canı çıxana qədər, düşməncəsinə döyməz. Onu nəvazişlə, sevgi ilə başa salmağa çalışar!

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину