Şəhid Mübariz İbrahimov Ağakərim oğlu
İbrahimov
Mübariz Ağakərim oğlu ( 7 fevral 1988, Əliabad, Biləsuvar, Azərbaycan
SSR – 19 iyun 2010, Çaylı kəndinin yaxınlığı, Tərtər, Azərbaycan)
— Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda "ilin adamı" (2010).
Qəhrəmanlığı
Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə
saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı
bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox
sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə
düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək
döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır.
Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına
həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri
Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının
(ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub
saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu
İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub
saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak
olduğu göstərilmişdir.
Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin
səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz
evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən
uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da
məktubunu tapmışdılar..."
Azərbaycan Respublikasının, Ermənistan
Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə
bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı
müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının
Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18
iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz
Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və
Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin
vasitəçiliyi ilə həyata keçirilmişdir.
Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris
Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin
ali baş komandanı İlham Əliyev də
qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.
2010-cu
il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid
hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə"
medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan
mərasimi keçirilib
Dövlət
tərəfindən aldığı yüksək qiymət
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri
Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı"
adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu
ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub
saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu
İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz
İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra
Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının
verilməsini təmin etsin.
"Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun
xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci
bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alınmışdır:
Biləsuvar Rayon İcra
Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış
təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə
Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz
İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə
"Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya
endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya
sularında tanıdır.
Milli
Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu
Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş
tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan
xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid
olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da
möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt
barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun
yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli
Qəhrəmanı Mübariz İbrahimovu "2010-cu ilin adamı" elan
edib
Son məktubu
"Canım, atam və anam. Məndən sarı darıxmayın.
İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar
günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim
sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam
– ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi
dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm.
Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Hərbiçi dostlarının xatirəsi
“Mən onunla ilk dəfə tanış olanda 22 yaşı var idi.
Həmişə deyirdi ki, əlimə silah düşsə, erməniləri qırıb-batıracam. Əvvəllər
fikirləşirdim ki, cavandı, beyni dumanlıdı, yəqin ona görə belə danışır.
Lakin bir gün əmin oldum ki, Mübariz həqiqətən də
dediyini edən oğlan imiş. O, şəhid olan gün mən hərbi hissədə növbətçi idim.
Səhər növbəni təhvil verəndə zabit yoldaşlarım dedi ki, bəs, bizim gizirlərdən
biri keçib ermənilərə tərəf, onları qırıb, məhv edib. Öz-özümə fikirləşdim ki,
görəsən hansı gizir edib bunu. Evə gəldim, televiziyada xəbərləri izləyəndə
Mübariz İbrahimovun şəklini gördüm. Bir anlıq şoka düşdüm. Demək, erməniləri
qırıb-batıran gizir Mübariz imiş. Üç gün özümə gələ bilmədim. Televiziyada onun
şəklini görəndə yadıma düşdü ki, Mübariz bir vaxtlar bunu edəcəyini demişdi.
Biz onunla fəxr edirik. Mübariz heç vaxt
unudulmayacaq. Elə ermənilər də Mübarizi heç vaxt unutmayacaq. Çünki o,
düşmənin içinə girib yüzlərlə erməni hərbçisi ilə təkbaşına 5 saatdan artıq
döyüşmüşdü. Qaranlıq vaxtı ona bata bilmirdilər. Mübariz əsl qəhrəman kimi
döyüşüb. Yalnız hava işıqlananda Mübarizi snayperlə vurmuşdular. Ermənilər
hətta onun ölüsündən də qorxurdular. Buna görə də əllərini bağlamışdılar”.
Comments
Post a Comment