Psevdopatriotizm

   
     Çoxdan yazmaq istədiyim bir mövzuya toxunmaq istəyirəm. Cəmiyyətdə olan bəzi gənclərdən söhbət gedir ki, özlərini vətənpərvər kimi aparırlar və mətbuatda, ya sosial şəbəkələrdə gedən müzakirələr əsnasında kənardan leə görünüş yaranır ki bu adamlar vətəni və xalqı hər şeydən çox istəyirlər. Hər bir məsələyə güya obyektiv və tənqidi yanaşma göstərirlər və hərdən insan həqiqətən inanır ki, bunların fikirləri səmimidir və özlərinə məxsusdur. Sadəcə böyük problemləri ondan ibarətdir ki, nə siyasi bilikləri, nə də ki prosesləri həll etmə bacarıqları yoxdur!
     Yazılarımın birində mən bir məsələ qeyd etmişdim ki, hər hansı bir ictimai-siyasi xadim barəsində fikir söyləməkdən əvvəl insan o şəxsiyyətin yaşadığı zamanı mütləq incələməlidir. O zamanda mövcud daxili və geo siyasi qüvvvələrin balansı incələnməlidir. Məsələyə o zamandan gələcəyə istiqamətlənmiş bir müstəvidə dəyər verilməyə çalışılmalıdır. Əks təqdirdə münasibət sırf subyektiv, qərəzli və gülməli olacaq.
     Mən bi daha bütün gənclərimizə səslənib demək istəyirəm ki, insan ya gərək bütün bu sadalanan məlumatları təhli etsin, daha sonra fikir mübadiləsi aparmaq eşqinə düşsün ki, bu cür fikir mübadilələri də əslində inkişafın qarantıdır. Əks təqdirdə biz "psevdopatriotizma" qapılıb, ölkəmizdə narazı olduğumuz məqamların həqiqətən də düzəlməsi üçün heç bir fayda verməyəcəyik, hələ gündəmi qatmaqla iş görən insanların da vaxtını özümüzə xərcləyəcəyik.
     Müstəqil Azərbaycana indi iti təfəkkürlü, elmli və helmli gənclər lazımdır. Bu progressiv və intelektual gənclik bizi daha da qüdrətli bir ölkəyə çevirəcək. Gəlin daxilimizdə olan böyük potensialı səfərbər edib bu müqəddəs amala xidmət etməyə çalışaq!

Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia