"ASAN" is very easy
Mənzil kommunal istismar (jek) idarəsinə hər hansı sənəd üçün gedəndə 10 manat buna, 20 manat ona verin sözlərini eşidməkdən bezən (hələ söhbət BTİ-dən gedmir, Vergilər idarəsində baş verən məmur özbaşınalığından gedmir) adamdan eşidəndə ki əşi bu millət düzələn deyil...belə gəlib belə də gedəcək... İstəsək elə də düzələr ki)))
Sizi ASAN xidmətə dəvət edirəm. Elə bil İsveçrəyə düşürsən)))
İşləyən insanlar isə heç də Oxford school-da customer focus and loyalty üzrə doktorluğu müdafiə etmiş adamlar deyil. Ola bilsin ki, atası "JEK"də və ya digər idarədə səndən "hörmət" tələb edən olub dünənə qədər.
Amma Cənab Prezident İlham Əliyevin dediyi "Mən xalqın birinci xidmətçisiyəm və özünü bu xalqa xidmətçi bilməyən məmurlar cəzalandırılacaqlar" sözlərinin sübutu olaraq ASAN xidmətində göstərilən xidmət korrupsiya qarşı mübarizənin ən bariz nümunəsidir.
Comments
Post a Comment