Azərbaycanda Gənclər Siyaseti
Bakıda Azərbaycan Gənclərinin VII Forumu keçirilmişdir.Forumda Bakı daxil olmaqla, 80-dən artıq rayonun 1739nümayəndəsi iştirak edir.
Forumda, qeyri-hökumət, gənclər təşkilatlarının, tələbəgənclər təşkilatlarının rəhbərləri, dövlət rəsmiləri, mərkəziicra strukturlarının rəhbərləri, beynəlxalq təşkilatlarınnümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millətvəkilləri və digərləri iştirak edirlər.
Bildiyimiz kimi, dövlət və xalq bir canlı bədənin ayrılmaz tərkib hissələridir. Bir dövlətin sağlam təməl üstündə qurulması və daim inkişaf edib çiçəklənməsi üçün dahi siyasi lider, düzgün bünövrə üstündə qurulmuş və fəaliyyət göstərən ictimai-siyasi sistemin olması zəruriliyinin yanında mütləq sağlam əqidəyə və mənəviyyata malik olan xalq da olmalıdır. Xalq deyərkən eyni kökə, mədəniyyətə, milli-mənəvi dəyərlər sisteminə bağlı olan müxtəlif yaş təbəqələrindən təşkil olunan insanların birliyi nəzərdə tutulur. Allaha çox şükürlər olsun ki, bizim xalqımız çox zəngin ziyalı təbəqəyə malikdir, amma buməqalənin mövzusu gənclər siyasətidir.
Gənc insanlar yaradılışları etibarı ilə dünyanın hər bir yerində elmi-texnoloji inkişafı daha tez mənimsəyən, idealist və haqqına olaraq parlaq gələcəkləri üçün mübarizə ruhlu olurlar. Yəni ərəb baharında gördüyümüz kimi cəmiyyətin narazı kütləsi müxtəlif təbəqələr ola bilər və başlanğıclar daha yaşlı və təcrübəli insanların təşəbbüsü ola bilər, amma nəhayətdə bütün inqilablar gənclərin əli ilə həyata keçir. Buna görə hər bir hökümət öz gənc vətəndaşları ilə bağlı dərin təbliğati işlər keçirir və hər bir düşmən öz rəqibinin ölkəsində ilk olaraq gənclərin təfəkkürünü zəhərləyib, onları ələ almaq istəyir.
Bu müstəvidə Cənab Prezident İlham Əliyev tərəfindənhəyata keçirilən uğurlu gənclər siyasəti dünya dövlətlərinənümunə ola biləcək bir siyasi kursdur. Gənclər siyasəti iləbağlı dövlət programları və ələxsus “Azərbaycan gəncliyi2011-2015-ci illərdə” dövlət proqramı gənclərinrespublikanın ictimai-siyasi həyatına uğurlu integrasiyasıüçün keçirilən tədbirlərin ən bariz nümunəsidir. Bu program çərçivəsində ölkə gənclərinin vətənpərvərlik,azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasındatarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəridəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətinictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onlarınintellektual və yaradıcı potensiallarının ümummilliməsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbiolaraq əsasa alınır.
Bizim bir xalq, bir dövlət olaraq kamilləşməyimiz üçün bütün potensialımız var. Zəngin milli-mədəni irsimiz, görkəmli tarixi şəxsiyyətlərdən ibarət olan nümunələr vəÜmummilli Lider Heydər Əliyev kimi böyük siyasi-ictimaimənəviyyat çeşməmiz mövcuddur. Gənclərimiz bu çeşmədən doyunca istifadə etməli və təbii ki, o dahi siyasətçinin nümunəsini öz həyatlarına tətbiq etməyəçalışmalıdırlar.
Comments
Post a Comment