Amerikasayağı demokratiya


ABŞ-da avqustun 9-da 18 yaşlı Michael Broun adlı silahsız bir qara dərili gənc polis tərəfindən öldürülüb (burda əsas sözlər 18 yaşlı silahsız gənc və amerikalı polis). 5 gündür orda ardı-arası kəsilmədən mitinqlər gedir. Kütləvi etirazlara çıxan qara dərili camaatı isə "azadlıq" və "demokratiya" demədən qəddarcasına yatırdırlar, xəstəxana və həbsxanalara "demokratiya" dərsi almağa göndərirlər. Həqiqətən də bu qədər gözəl səmimi insanlarla dolu olan, bu cür mehriban höküməti olan ölkədə yaşamaq nə böyük uğurdur. Buna görə vətəndaşlıqdan imtina edib green, yellow, red card ilə, nə bilim hansı dolayı yollar ilə doğma vətəni qoyub qaçmağa dəyər. Nəhayət amerikadır da, azadlıqdır, hər şey bolluqdadır...biz də "adam kimi" bir gün görərik. Yaşadığımız dövrdə bütün pərdələr və maskalar çoxdan "cırılandan" sonra bu cür düşünən adamları görəndə mən təəssüf də yox, əməlli şok oluram. Bu adamlar ya doğrudan təfəkkürdən kəmdirlər, ya da "axmaq adam xöşbəxtdir çünki, heç nədən xəbəri yoxdur" prinsipi ilə yaşamağa üstünlük verirlər. Nəhayət bu da onların seçimidir, biz isə azad ölkədə yaşadığımız üçün onların seçimlərinə hörmət ilə yanaşmalıyıq dostlar!)))))

For more info:
http://www.vox.com/2014/8/11/5988925/mike-brown-killing-shooting-case-ferguson-police-riots-st-louis

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину