ISIS, Islamic State or what ever...
Newtimes.az analitik-informasiya portalında olan maraqlı təhlilləri nəzərdən keçirərkən maraqlı bir təşəbbüsə rast gəldim. Portal "İraq və Şam İslam Dövləti" (İŞİD vəya "amerikanca" ISIS) adlanan terrorçu qruplaşmasının "İslam dövləti" kimi adlandırılmasına qarşı kapmaniya aparır.
Əslində müraciətdə də qeyd olunduğu kimi çox həssas məsələdir. Çox dərin təhlillsiz də başa düşmək olar ki, İŞİD kimi terrorçu gruplaşmaları öz başına deyillər. Bunları yaradan, maliyyələşdirən və təbii ki, müəyyən çirkin hədəflərə istiqamtləndirən "qara" qüvvələr var. Bu qüvvələri faş etmək üçün isə mətbuatda dövrə vuran "açar" sözlərə baxmaq kifayətdir: Suriya, İraq, neft, qaz, İslam, terror, müharibə, silah satmaq və bir güllə ilə bütün bu qeyd olunan "dovşanları" vurmaq imkanı.
Qərb bu oyunlar vasitəsi ilə həm çətinləşən iqtisadi vəziyyətdə əhalisinin başını qatmaq imkanını, həm yaxın Şərqin sərvətlərini bir az da talamaq imkanını və həm də İslam dininin adını bir az da qaralamaq fürsətini əldən vermək istəmir.

Comments
Post a Comment