Tarixi retrospektivdə diktatorların psixoloji portreti (birinci yazı)
Bu bloq şəxsi və subyektiv fikirlərimi ifadə etmək platforması olduğuna görə aşağıdaki
düşüncələrimi redaktə etmədən qeyd edirəm. Qeyri-peşəkar olsa da məncə kreativ alına bilər... Məqaləni boş zamanım olanda yazdığıma görə fikirlərin ardıcıllığını bacardığım qədər pozmamağa çalışırdım! Əvvəldə məqaləni inglis dilində yazmağa başlasam da, sonradan oxucularımın kütləsini nəzərə alaraq doğma dilimizdə davam etməyə qərara aldım. Mövzu çox geniş olduğundan yazıların yorucu olmasası üçün hissə-hissə yerləşdirəcəyəm.
A dictator is a political leader who possesses absolute power and wields it in an oppressive manner. A state of which is ruled by a dictator is called a dictatorship.
In this article I want to share my thoughts about biggest and ancients problems of humanity. About people who does think that they are smarter than everybody in their countries and really believe that they are only reason for safe life and strong state.
Every man on the entire Earth has three fundamental instinct:
1. Self-preservation;
2. Sexual instinct;
3. Social instinct (or instinct of power).
First two instincts are about life and its quality. While third one is about power and wish to rule! Therefore, majority of every nation is a-politic. I mean not interesting in politics and power in general. But, some small group is very power oriented and always aiming to find the path for ruling others.
Mənə maraqlı gələn bir məsələ var və fikrimcə bir çox insanı da eyni sual düşündürür. Bu sual diktatorun psixoloji portreti ilə əlaqəlidir. Necə olur ki, bəşəriyyətin min illərin sınağından keçmiş aksioma bu günümüzün tiranlarını düşündürmür? Hamı bilir ki, insanlıq Harun Ər Rəşid, Yavuz Sultan Səlim, Çauşesku, Stalin, Hitler, Mao Tszedun, Pinoçet, Hüsni Mübarək, Səddam Hüseyn və sairə kimi qansız diktatorların qılıncının arxasının da, qabağının da kəsən vaxtını və illər sonra üzləşdikləri acınacaqlı aqibətlərini də müşahidə edib. İnsan həyatını idarə edən bir işlək alqoritm kimi məzlumun əzilən haqqı heç vaxt yerdə qalmır və zalımın zülmü müəyyən zaman kəsiyində nə qədər ərşə ucalsa da mütləq bir gün yerə dəyəcək, haqq etdiyi cəzanı alacaq!
XXI əsrdə ələxsus qərbdə yaşayan müasir insana monarxiya və diktatura barəsində olan söhbətlər mifoloji əjdahalar barəsində olan nağıllar kimi təsir edir. Yəni bu varlıqlar tarixin hansısa zaman kəsiyində real yaşamış dinozavrlar ola billər, od püskürdükləri barəsində olan detallar isə artıq xalq yaradıcılığının əsəri olmalıdır. Fəqət, dünyanın bir çox digər yerlərində yaşayan milyonlarla insan hələ də gündəlik həyatlarında bu əjdahaların odunda yanıb kül olmamaq üçün mübarizə aparmaqdadırlar! Hamımız bilirik ki, Avropada İngiltərə Krallığı, Hollandiya, Belçika, İspaniya, İsveçrə və sairə kimi bir çox dövlətlər konstitusiyalı monarxiyalar və parlament tipli respublikalardır. Bir çox insanı da bu söz birləşmələri çaşdırır. Amma şəxsi müşahidələrim nəticəsində əminliklə deyə bilərəm ki, bu dövlətlərdə olan monarxiya institutunun artıq çoxdan heç bir siyasi çəkisi yoxdur və yalnız həmin xalqların imperialistik keçmişlərinin və gələcək ilə bağlı hərbi-geostrateji iddialarının baqi qalmaları üçün yaşadılır. Dövləti idarə edən isə ölkə vətəndaşları tərəfindən seçilmiş və o vətəndaşlar qarşısında hesabat verən leqitim hökümətdir.
Bu məqalənin mövzusu Qərb dünyasının Şərq dünyası müqabilindəki üstünlükləri barəsində olmadığına görə qısa onu bildirmək istəyirəm ki, Avropa dövlətləri və ələxsus ABŞ hal-hazırda bir çox daxili krizlər yaşayır. Hər halda subyektiv fikrim bundan ibarətdir! İfrat cinsi və seksual "azadlıqlar" və feminizmin zirvəsində olan qadın obrazının çərçivədən çıxmış pərəstiş eybəcərliyinin məqsədsizliyi üzündən çox böyük kriz keçirirlər. Lakin əsas fundamental İNSAN azadlıqları buralarda müqəddəs məfhumlardır! İnsan sözünü böyük hərflərlə yazmaq lazımdır çünki, bu dünya təkcə insan üçün yaradılmasa da, dünyanı içindəki digər varlıqları özünə ram etməyi bacaran insandır. Allah mütləq mənada insanoğlunu çox böyük potensial ilə yaratmışdır və qarşısına böyük hədəflər qoymuşdur. Halbuki bu hədəflərin içində nəyin bahasına olursa olsun, başqa insanların haqqını əzməklə siyasi gücə çatıb bacardığın kimi mal-dövlət yığmaq yoxdur.
Bizim politologiya müəllimimizin gözəl sözü var idi. Deyirdi ki, bəşəriyyət inkişafının bir mərhələsində anladı ki, qaydasız siyasi proseslərin aqibəti hamı üçün çox ağır olur. Yuxarıda qeyd ediyimiz kimi hər bir cəmiyyətdə balaca bir segment insan olur ki, siyasi iddiaları çox üzdə və güclü olduğuna görə başlarına adam yığmağa başlayır və tərəfdarlarının sayı müəyyən həddi keçən kimi inqilab eşqinə düşür. Tarixdə minlərlə bu cür misal tapmaq olar. Bu prosesi müəyyən adekvat qaydalara tabe etmək üçün siyasi partiyalar institutu yarandı. Daha sonra insanlıq anladı ki, hakimiyyətə gələn qüvvə rəislik hissinin şirinliyini daddıqca sosial-siyasi instinkt baş qaldırır və rasional düşüncəni özünə tabe etdirir (çünki qeyd etdiyimiz kimi fundamental instinktlər kateqoriyasına aiddir) mütləq və şəriksiz hakimiyyət əldə etmək istəyir. Buna görə üç qanadlı siyasi idarə etmə formasını yaratdılar. Bu sistemdə qanunverici hakimiyyət icra hakimiyyətinə, məhkəmə hakimiyyəti isə hər ikisinə (və əksinə) nəzarət etməklə mükəlləfdir. Beləliklə dövlət hakimiyyəti orqanları ierarxiyasının hansı mərtəbəsində dayanmağından asılı olmayaraq hər kəsin başında bir nəzarət edən orqan mövcuddur ...

Comments
Post a Comment