Dərin dövlət
Fevral ayının 11-də Putinin köməkçisi Vladislav Surkovun "Putinin uzunmüddətli dövləti" http://www.ng.ru/ideas/2019-02-11/5_7503_surkov.html adlı məqaləsi işıq üzü gördü. Rusiya KİV və sosial şəbəkələrində məqalənin çox geniş müzakirə olunduğunu müşahidə etdikdən sonra, mən də yazı ilə tanış oldum. Məqalə Rusiya siyasi paradiqmasını kifayət qədər dərin tarixi retrospektivlər kontekstində təhlil edir. Halbuki subyektiv olaraq həmin yazıda qeyd olunan bəzi məqamlar ilə fundamental olaraq razı deyiləm. Razı olmadığım məqamlar barəsində qısaca onu qeyd edim ki, mən Rusiyanı Qərbə qarşı anti-pod funksiyasını yerinə yetirən dünya xilaskarı kimi gəbul etmirəm. Rusiyanın tarixini elə üzdən təhlil etsək bu dövlətdə heç vaxt hər hansı bir keyfiyyətli məhsul istehsal etmək qabiliyyətinin olmadığını rahatca görə bilərik. Və sadəcə Çingiz xandan əldə etdikləri siyasi varisliklə qonşularını qol gücünə anneksiya etmək, ələ keçirdikləri torpaqları və xalqları istismar etmək gücünə var olmaqdır bu dövlətin tarixi yolu.
Fəqət mənim yazım Surkovun məqaləsini məzmun baxımından təhlil etmək hədəfindən uzaqdır və açığı Rusiya mənim üçün təhlil materialı kimi çox maraqsız ölkədir. Mən qətiyyən sadəlöhv görsənib bu ölkənin Azərbaycan üçün nə qədər böyük təhlükə olduğunu anlamayan bir insan kimi görsənmək istəmirəm. Sadəcə deməyim odur ki, biz bunlardan nə və necə gözləmək olar sualının cavabını son 200 il ortaq tariximizdən gözəl bilirik. Və bir gün bunlar ayı kimi üstümüzə cumsalar da bu heç kim üçün yeni bir siyasi akt olmayacaq və burda yenə də mən geniş auditoriyalar üçün nəzərdə tutulan təhlil olunası bir material görmürəm.
Sözüm heç də müəllifin (Surkov RF-nın prezidentinin siyasi işlər üzrə yardımçısı) artıq rəsmi tribunadan "Putinizmi" müasir Rusiya dövlətinin rəsmi ideoloqiyası kimi anons etməsi ilə də bağlı deyil. Bu aspekt daha çox artıq dəqiq sayını da itirdiyimiz, neçənci dəfədir ki, tarixin qanunauyğunluğunun badalağı ilə çökdürüldükdən sonra yenə dünya siyasi arenasında "zirvələrə" doğru dinamik qalxışının "qürurunu" yaşayan yarı-ac rusiyalı proletarı maraqlandırmalıdır.
Diqqətimi çəkən həmin məqalədə müəllifin təhlil etməyə çalışdığı "dərin dövlət" anlayışıdır. Mən fəaliyyətimin ən azı son 10 ilini dövlətçiliyimizə və vətənimizə xidmət etmək üçün çalışmışam və ömrümün sonuna qədər bu yoldan əl çəkməyi düşünmürəm. İndiyə kimi yazdığım bütün məqalələrimin də ana xətti məhz bu olub ki, biz dünyada olan minlərlə xalqların içində müstəqil dövləti olan elitar liqaya daxil olmuşuq. Bu yolda minlərlə, on minlərlə ziyalımız, alimimiz, qurucu babalarımız, siyasi-ictimai və elmi xadimimiz min əziyyətə qatlaşıblar, canlarını bu millətə fəda ediblər. Əqidəm budur ki, vətənini sevmək hər bir azərbaycanlının borcu olsa da, vətənimizin çiçəklənməsi, dövlətimizin dayanıqlı inkişafı və müstəqilliyimizin baqi olması üçün çalışmaq özünü intellektual hesab edən, özünü ziyalı hesab edən, özünü yetkin insan hesab edən hər bir kəsin müqəddəs olan şərəf borcudur!
Xülasə, bir neçə il bundan əvvəl qələmə aldığım "İnformasiyanın idarə olunması" məqaləsini yerli forumlardan birində məruzə edəndən sonra informasiya ilə manipulyasiyalar erasında ölkəmizdə olan strateji boşluğa diqqət çəkməyə çalışırdım və nə qədər effektiv olduğunu dəqiq deyə bilməsəm də hər halda vətəndaş mövqeyimi bildirməkdən heç vaxt çəkinməmişəm. İndilərdə isə diqqətimi daha çox çəkən dövlətimizin idarəolunması prosesinin çox şəffaf və bəsit olmasıdır. Mütləq mənada daha mürəkkəb, daha elmi və dərin siyasi idarəetmə formalarına keçidin labüd olduğunu düşünürəm. Hesab edirəm ki, bir mənalı olaraq yerlipərəstlik və klanlar arası mübarizələrə son qoyulmalıdır. İdarəetməyə gənc, təhsilli, vətənpərvər kadrlar cəlb olunmalıdır. Bu dövlət bizə qanları bahasına babalarımız tərəfindən hədiyyə olunmuşdur və onu qorumaq, inkişaf etdirmək bizim borcumuzdur!
Mənbələr:
1. http://www.ng.ru/ideas/2019-02-11/5_7503_surkov.html
2. https://mamedzade.blogspot.com/2014/01/informasiyann-idar-olunmas.html

Comments
Post a Comment