"Milli" Çe Qevara və ya...

       Hərdən mənə elə gəlir ki, komandanın içində həqiqətən də bir savadlı siyasi texnoloq yoxdur! 
25-26 yaşlı gənc bir blogerə görə bu qədər açıq və (hələki) qapalı qəzəb selini üstünə çəkməyə dəyərdimi? 
     Bu uşaq çöldə gəzəndə zatən arıq-tırıq bir adam idi. Bu 10 gün yeməksiz qalıb artıq deyirlər ki, halı qalmayıb, dodağı quruyub, rəngi saralıb. Bundan sonra 10 gün də sağ qalsa böyük işdir. 
Görürsünüz ki, prinsipial adamdır. O uşaq ölümdən qorxan olsa idi qılınclarının dalı da, qabağı da kəsən vaxtı gedib o nazirlərin villalarını çəkməzdi. İndi çox qəzet və saytların o nazirlər barəsində ağzına gələni danışmasına baxmayın. “Vurulandan” sonra danışmağa nə var ki!
     Mən fikir vermişəm, bütün türk xalqlarına xas bir xüsusiyyət var. Biz cəmiyyət olaraq əksəriyyətdə oxumamış politoloq oluruq. Kimi dindirmirsən oturub saatlarla sənə daxili və xarici siyasəti təhlil etsin. Məni də elə o cür siyasətdən başı çıxmayan və siyasətə qarışmayan bir adam kimi qəbul eləyin. Mənim rəhmətlik qaynatamın gəşəng bir sözü var idi. Deyirdi ki, həyatda iki şey barəsində dayanmadan danışmaq olur biri siyasətdir, o birisi futbol.
Lakin Mehman ətrafında artıq 10 gündən çox cərəyan edən hadisələri izlədikcə bu fikirlərimi paylaşmaya bilmədim.
Bu uşağın günahının nə olduğunu, hansı cinayətin sahibi olduğunu hamımız gözəl bilirik. Lakin az yaşlı bir gənci dissident olmaq səviyyəsindən qaldırıb ideyaları uğrunda can vermiş bir fədakar milli Çe Qevara səviyyəsinə çatdırmağın kimə nə xeyri olacaq? Yəni şəxsən mənə maraqlıdır ki, bu kimə sərf eləyir? Hər halda Azərbaycanda xalq-iqtidar arasında olan sonsuz platonik sevgi və tandeminə bu cür cılız söhbətlərin bu qədər şişirdilməsi orta və uzaqvədəli strateji planlamada heç sərf eləmir.
Valla mən bu uşağın bütün cinayətlərini əfv edib, ona son model video çəkiliş avadanlıqları da alıb verərdim, hələ 1-2 nəfər operator, montajçı də böyrünə salardım ki, ged çək kimdə nə var. Dövlət də bunları ictimai surətdə cəzalandırsın. Onda başqalarının da ağlı başına gələrdi. Cəmiyyətdə olan balans da qorunardı.
Siz elə bilməyin ki, burda ABŞ-da rüşvət yoxdur, məmur və konqresmenlərin hamısı mələkdir. Amma nəhayətdə dövlət vətəndaşa xidmət etmək, vətəndaşına sahib çıxmaq üçündür. Bunun tərsinə olması pataloqiyadır əzizlərim.

Comments

Popular posts from this blog

Открытое письмо Макаревича Путину

20 yanvar hadisələri...

Post-modern satanocratia