Post-pandemiya iqtisadiyyatı
"Acından ölən yoxdur, bütün restoranlar doludur!" Bu cümlə qarşısında əksəriyyətimiz aciz qalırıq. Çünki bu arqumenti dünya siyasi elitalar valideyinlərə yedirdib, onlar isə bizə yedirtmək istəyirlər. Gəl indi 20-ci əsrin hərbini, aclığını, haqzıslığını görmüş yaşlı ana-ataya izah elə ki, dünya dəyişib. Şərt deyil ki, küçədə acından huşu getmiş adam görəsən. GMO ilə modifikasiya olunmuş o qədər ucuz və keyfiyyətsiz məhsulları bəs nə üçün istehsal olundu? Faciə odur ki, bu GMO məhsulları ilə bizim gmo-muzu məhv etmələrinə baxmayaraq pandemiyadan bu tərəfə bu zərərli məhsulları sadə insana od qiymətinə satırlar. Özləri isə keyfiyyətli kənd məhsullarından yeyib şellənirlər. Hələ dünyanın şərq hemosferində insanların qorxusu hardasa mənə çatır. İki dünya müharibəsi ilə müşaiyət olunan aclıq, repressiyalar və indiyə qədər davam edən avtoritar meyillər. Yaşadığım qərb hemosferindəki ölkələrin dərdi nədir heç anlamıram da, qardaş. 200 ildir müharibə görmürsüz, post-sovet və ə...